PREZİDENT MÜŞAVİRƏDƏ MƏMURLARI KƏSKİN TƏNQİD ETDİ:"Bu qəza ciddi suallar doğurur, günahkarlar aşkarlanıb cəzalanmalıdır” - VİDEO



Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Prezident müşavirədə enerji sektoruna son 15 ildə çox böyük sərmayə qoyulduğunu deyib.

Qeyd edib ki, bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxması çox ciddi suallar doğurur:   “Qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır. Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməli, günahkarlar aşkarlanıb, cəzalanmalıdır”.

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı kəskin tənqid edib: “Siz sadəcə olaraq xalqın qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”.

Daha sonra müvafiq dövlət qurumlarının rəhbərləri çıxış ediblər.

 

Tarix: 4-07-2018, 22:26
Xəbəri paylaş





Xəbər lenti