Güllələnən icra başçısını əməliyyat edən həkim danışdı - FOTOLAR






Türkiyənin məşhur beyin cərrahı Türkel Kılıç Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatını həyata keçirib.

Azxeber.com-un əldə etdiyi məlumata görə, ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatına səhər saatlarında Medicalpark xəstəxanasının Göztəpə xəstəxanasının beyin cərrahı Türkel Kılıç girib. Məşhur cərrah gecə saatlarında təcili olaraq ölkəmizə gəlib.

Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dəvəti ilə gələn həkim icra başçısının həyati riskini azaldan əməliyyat keçirib. 

Həkim açıqlamasında hazırda Elmar Vəliyevin həyatı üçün heç bir riskin olmadığını deyib: Elmar müəllimin səhhətində irəliləyiş gedir. Hər keçən gün daha da yaxşı olacaq.

Qeyd edək ki, Elmar Vəliyevə ötən gün sui-qəsd edilib.
Güllələnən icra başçımızı əməliyyat edən həkim danışdı - FOTOLAR


Tarix: 5-07-2018, 07:14
Xəbəri paylaş





Xəbər lenti