BİR ZAMANLARIN GƏNCLİK ŞƏHƏRİ KİMİ TANIMLANAN SUMQAYIT!!! – 5-ci yazı


RƏHBƏR SARIDAN HEÇ BƏXTİ GƏTİRMƏYƏN ŞƏHƏR !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Sən kimsən, Zakir Fərəcov
və ya
Sumqayıtı necə şumlayırlar…

5-ci yazı

“Moderator “ qoçu dəstəsindən nə yazırdı?

Hələ 2015-ci ilin aprel ayının 29-da, qətl hadisəsi baş verməzdən 38 gün əvvəl moderator.az saytında “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” başlıqlı yazı dərc edilib. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan yazıda Saray bələdiyyəsində baş verən qanunsuzluqlardan bəhs olunur. Torpaq alverində Abşeron rayon icra başçısı Zakir Fərəcovun yaxın qohumu Elgiz Fərəcovun, Elgizin dostu Fədai Hüseynovun, onun qardaşı Vüqar Hüseynovun və bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın adları hallanır. Şikayət məktubda yazılır:

“Bələdiyyə sədri Vəsilə xanımın fəaliyyətini yoxlamaq kifayətdir ki, bələdiyyələrin vətəndaşların başına hansı oyunları açdıqlarını faktlarla müəyyənləşdirmək mümkün olsun. Xanım sədr torpaqları bölüşdürməkdə və satmaqda xüsusi mütəxəssisdir. Vəsilə xanım belə xüsusi qabiliyyəti sayəsində bu yaxınlarda saray kəndində “şamlıq” deyilən ərazidə Abşeron rayon icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovla əlbir olaraq əhaliyə paylanan 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sərəncam verərək saxta yolla özəlləşdirdikdən sonra Elgizin yaxın dostları Vüqar və Fədai Hüseynov qardaşlarının əli ilə satışa çıxarıb. Xanım bələdiyyə sədri Elgiz Fərəcovla və Hüseynov qardaşlarının əliylə qanunsuz silahlı dəstə saxlaması isə dəhşət doğurur. Bu dəstə kənd ərazisini gəzərək xoşlarına gələn torpaq sahələrinin sahiblərinə hədə qorxu gəlməklə dəyərindən 2-3 dəfə aşağı qiymətə alırlar. Xanım sədr həmin torpaqları Elgizlə birlikdə saxta yolla sənədləşdirərək yenidən baha qiymətə satışa çıxarırlar. Xanım sədrin xeyir -duası ilə Elgiz,Vüqar və Fədai qardaşları kənd ərazisində yerləşən “ Üç Qardaş” marketinin yanında bir hektardan artıq torpağı da zəbt edərək heç bir sənəd olmadan fərdi yaşayış evləri tikməklə ayrı-ayrı adamlara satır. Bundan əlavə, Elgizlə Vüqar Saray ərazisindən keçən beton kanalı torpaqla dolduraraq satışa çıxarıb.“

Açıq bazar

Bu kiçik epizodlar Abşeron rayonunda baş verən qanunsuzluqlardan mində biridir və təkcə elə bu faktlar kifayətdir ki, Saray bələdiyyəsində, bütövlükdə Abşeron rayon bələdiyyələrində nələr baş verdiyini təsəvvür edəsən. Bəli, Abşeron rayonunun 15 bələdiyyəsinin, demək olar ki, hamısında torpaq alış-verişində açıq bazar siyasəti yeridilir. Yəni, pulunu ver, malını al. Kim çox verir,o da çox qazanır. Sual yarana bilər ki, Abşeron rayon bələdiyyələri qanundan, heç nədən qorxmadan, çəkinmədən torpaqları bu formada istədiyi şəxsə, istədiyi qiymətə sata bilərlərmi? Əlbəttə yox! Hər yerdə olduğu kimi, Abşeronda da formal mövcud olan bələdiyyələr özbaşına nəinki, hektarlarla, heç 1 sm də torpaq sata bilməzlər. 10 il Abşeron rayon icra hakimiyyətinin başçısı olmuş, əslində, elə indi də qeyri rəsmi bu rayonun başçısı olan Z.Fərəcov özbaşına 1 sm torpaq satan bələdiyyə sədrinin dərisinə saman təpərdi. Özbaşına qoçu dəstələri saxlaya bilərdilərmi ? Əlbəttə ki, yox! Bir sözlə, piramidanın – açıq bazarın lap yuxarı başında cənab Zakir Fərəcov dayanır. Başqa sözlə, torpaq maklerləri müxtəlif vətəndaşlardan aldıqları pulları bələdiyyə sədrlərinə, bələdiyyə sədri də icra hakimiyyətinə ( oxu- Z. Fərəcova) verməklə məsələni həll edirlər. Pul alınıb torpaq verilmədikdə isə, günahlılar qala-qala günahsizların qanı tökülür. 

Günahkar təkcə F.Hüseynovdurmu? 

Təəssüf ki, Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanın və həyat yoldaşının qətlini araşdıran istintaq orqanları işi birtərəfli araşdırmış, bütün günahkarları cinayət məsuliyyətinə cəlb etməmişlər. Eyni zamanda, istintaq orqanları heç də həqiqətə uyğun olmayan belə bir məlumat da yaymışlar ki, guya, qətl tamah məqsədi ilə törədilmişdir. Əslində isə, bu dəhşətli qətlin arxasında digər şəxsslər də vardır.

Əsas günahkarlaedan biri—Elgiz Fərəcov 

Qatil F.Hüseynov və onun qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, mətbuatda onun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığına dair çoxlu məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki,onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. 
Arxalı köpək qurd basar. Şikayət əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Z.Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov yenə əvvəlki əməllərini davam etdirir və silahlı qoçu dəstə başçısının qanunsuz əməlləri sonda dəhşətli qətllə nəticələnir. Bu işin istintaqı prosesində bütün günahların ancaq F.Hüseynovun üzərinə qoyulması işin birtərəfli aparılmasına, Elgiz Fərəcovun və havadarlarının məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur. Ona görə də, qətlə səbəb olan cinayət hadisəssində iştirak edən E.Fərəcov da hökmən cinayət məsuliyyətinə cəlb olunmalı idi. Lakin, bu dəhşətli qətl hadisəsində də sehrli əl onu zindandan xilas etdi.

Sən saydığını say…

Qətlə yetirilən Vəsilə Əbilhəsənova bələdiyyə sədri təyin olunanda (?!) elə bilirdi ki, işin öhdəsindən bacarıqla gələcək, imkan daxilində imkansızlara əl tutacaq, əvvəllər də olduğu kimi, xeyriyyəçilik işini davam etdirəcək. Bəlkə də o, bu işi bacarardı, torpaq mafiyası – Elgiz, Fədai, Vüqar və onların havadarları olmasaydı. Son zamanlar çoxları yaxşı görürdülər ki, əslində bələdiyyə sədri Vəsilə xanım “de yure” vəzifəsini icra edir, “de fakto” isə bütün torpaq satışı və bölünməsi məsələləri icra başçısının qeyri- rəsmi səlahiyyətli nümayəndəsi Elgiz Fərəcov, Fədai Hüseynov və digərləri tərəfindən həyata keçirilirdi. Deyilənlərə görə, ölümündən əvvəl V.Əbilhəsənova cinayətkar bir torpaqsatan bandanın toruna düşdüyünü hiss edirmiş. Hətta, özünə yaxın adamların yanında  ”elə qorxuram ki, bunlar mənim uşaqlarımı oğrlayarlar.” – deyirmiş. Təəssüf ki, qorxduğu da onun başına gəldi, lakin, övladlarının yox, özünün həyatını itirdi. 

Söz ardı…

Vəsilə və Vəfadar Əbilhəsənovların dəhşətli qətlindən 3 il keçdi. Bu qətl hadisəsi təkcə ona görə sonsuz faciə deyil ki, sadə və sonradan pula şirnikdirilərək öz məhvərindən çıxan bir ailənin sonunu yaxınlaşdırdı. Bu həm də ona görə faciədir ki, bu işin istintaqı tam, obyektiv aparılmamış, qətlin bütün təşkilatçıları yox, ancaq icraçıları cinayət məsuliyyətinə cəlb edilmişdir. Eləcə də, qətlinin 10-cu ilini yaşadığımız Əvəz Hüseynquliyevin istintaqı da məqsədli şəkildə birtərəfli aparılmış, günahkarlar aşkar edilib məsuliyyətə cəlb edilməmiş, bununla da günahsız bir insanın qanı pulla batırılmışdır. Bəlkə çox vaxt keçdiyinə görə bu iki işin gedişinə, çarəsizlikdən, nöqtə qoymaq olardı . Amma, görünür, bu iki işin mütəqil, obyektiv araşdırılması üçün yaxın günlərdə Azərbaycan Respublikasının Prezidentinə xüsusi müraciət ünvanlanacaqdır…

Sumqayıtı tanımayanlar…

Tarix: 5-07-2018, 14:48
Xəbəri paylaş





Xəbər lenti