Zara Mgoyanı Mikayılın verilişinə çağıraq... – “Qardaş olub Hayastan-Azərbaycan!” oxusun...

 




Sultan Laçın


Bu erməni axçiyinə də öyrədək, onun gəlişini istəməyənlərin acığına “Speys” studiyasına girən kimi Mikayılsayağı desin: "Ara, geldim, e, geldim!.."

Neçə gündür, gündəmdə olan bir neçə mövzu abırımızı aparıb... Biri deyir, ay aman, Zara adlı erməni-yezidi kürd qarışığı olan müğənni Bakıya gəlir, o biri deyir erməni bloger sərbəstcə əlin-qolun yanına salıb  Gəncədən reportaj hazırlayıb qayıdıb gedib... Bu yandan da Ağdamın işğalı günü başda “Speys”dəki Mikayıl olmaqla  konsert çıxaran, şənlik edən telekanallar söyüş atəşinə tutulmağa başladı. Bu vurhavurun bircə səbəbkarı var- Qarabağ və onun yiyəsi olan xalq... Adama deyərlər, sənin olan-qalan tarixi-hüquqi torpağının 25 faizi də 25 ildən çoxdur, ermənidə nə gəzir ki, sən də iki gündən bir Bakıya, Gəncəyə gələn erməniləri görəndə qıcıqlanasan... Demokratik, müstəqil dövlətdə yaşamırsız? Torpağınızı istəyirsiz, çıxın o boyda Azadlıq meydanına sözünüzü deyin, səsinizi ucaldın, tərəqqipərvər dünya ictimaiyyətindən torpağınızı, Qarabağı istəyin... Sonra da Ali Baş komandanınız əmr versin, hamılıqla silaha sarılıb  torpaqlarınızı azad edin...Nətəhər olur, imperiya dediyimiz sovet dövründə -1988-ci ildə Şuşanın Topxanasında bircə armud ağacı kəsilən kimi  Bakıda 1 milyona yaxın adam yığışdı o vaxtı hələ Leninin adı, Leninin heykəli olan meydana?... Özü də hökumət də, “KQB” də  əvvəlcə guya bir az çək-çevir elədi, bir-iki cəbhəçini döydü, tutdu, sonra özü şərait yaratdı bu mitinqlərə... Şeyximiz, rəhmətlik Rafael Allahverdiyev, Zeynəb Xanlarova, bəziləri indi də “xod” gedən o vaxtkı 1-ci katiblər, deputatlar və s. həftələrlə meydana çıxan mitinqçilərin gecə-gündüz perajki, sosiska, şirniyyat, samovar çayı, hətta kababla təminatı üçün ciblərinin pulu ilə yardım etdilər. Amma indi  Şuşa da gedib, Topxana da gedib, armud ağacı da, üstəlik,  10-15 rayon da, nə meydan verən var, nə də meydana çıxan, nə də Qarabağdan ötrü əlini cibinə salan, kabab o yana dursun, perjki, bulka verən... Deməli, biz dermokratiyadan istifadə etməyi bacarmırıq... Erməni köpəkoğlu da deyir ki, balam, dermokratiya deyil, sən istifadə edə bilmirsən, mən bunu bacarıram... Bakıya da gələcəm, Gəncəyə də... Hələ üstəlik, konsert də verəcəm... Demirsiz, Azərbaycan xalqı dözümlü, tolerant xalqdı, buna da dözün də, nə olasıdı ki? Zaradı da, qoy gəlsin oxusun... Bu köpəyin qızı Azərbaycanda yaradılmış demokratik, tolerant mühitdən yararlanaraq gəlib Bakıda öz soydaşları, qohum-əqrəbası üçün konsert verməyə...  Guya Bakıda erməni qıtlığı var? Zara da olsun onlardan biri... Özü də paytaxtımızda Zara adını daşıyan brend mağaza da var... “Moya Armeniya”(“Mənim Ermənistanım”) oxuyan Zara Mgoyan öz gəlişi ilə burdakı, ordakı soydaşlarına demək istəyir ki, darıxmayın, tezliklə, Bakını da “Böyük Ermənistan”a qatacağıq... 

İkincisi də, bu boyda hökumət, o festivalın o boyda  təşkilatçıları bir şey bilməsələr, bu erməni soyadlı artisti Bakıya buraxarlar? Yəqin, bir bildikləri var da... Bəlkə bizi yoxlamaq istəyirlər ki, görək, bu xalqda torpağını işğal etmiş bir millətə qarşı nifrət hissi nə qədərdir?.. Allah eləməmiş, bir də gördün, sabah BMT-nin qətnaməsi ilə Bakıdan, Gəncədən köçmüş ermənilər hamısı qayıtdı “doğma” evlərinə...  
O biri tərəfdən, Mikayıla, yaxud digər kanaldakı özgə bir teleaparıcıya qanunla kim qadağa qoya bilər ki, iyulun 23-də, yaxud avqustun 31-də- Qubadlının işğalı günü, lap belə mayın 8-9-da- Şuşanın işğalı günü mahnı oxuma, dişlərini ağardıb çırtıq çalıb oynama... Həmin günlər heç rəsmən yas günləri  də deyil axı?.. Odur ki, heç kəsin Mikayıl müəllimi(!) söyməyə haqqı yoxdur... O kişi(!) də, onun əməkdaşı olduğu kanalın da, Ağdamın işğalı günü konsert verən digər kanalların da rəhbərliyi dermokratik qayda-qanunlara, haqq-hesaba tam uyğun hərəkət edir...  

Yenə qayıdaq Zara söhbətinə... A kişilər, biz müsəlmanıqsa, Azərbaycanın, türkün, talışın, kürdün, ləzginin  dədə-baba ənənələrini yaşadırıqsa, niyə düşmüşük təkcə erməni Zaranın üstünə,  guya o neçə o festivalda oxuyan digər rus, ukrayın və s. müğənnilərin, eləcə də Bakıdakı öz yarıçılpaq müğənnilərimizin - Aygünün, Brilyantın, Röyanın, Rəqsanənin davranışları, əxlaqları, həyat tərzləri verdiyi konsertlər islami, milli ənənələrimizə uyğundur? Bizim kişilər deyil, belələrini görəndə ağızları sulanan? Müsəlmanıqsa, niyə razı oluruq, imam qızı, imam bacısı Rəhimə xanımın uyuduğu Nardaran imamzadəsinin yaxınlığında  yarıçılpaq, əxlaqsız müğənnilərin festivalı keçirilir, şərab, araq, pivə içilir? Və s. və i.a.

Məndən olsa, Zara nəinki Nardaranda – Bakının kəndində konsert verər, onu dəvət edərik Yasamaldakı “Speys” kanalında Mikayılın verilişinə. Elə Mikayılın erməni işğalı altındakı kəndinin adı ilə də eyni hərflə başlayır adı: Zara - Zilanlı... Gələr, digər hörmətli, bambılı qonaqlar kimi Mikayılla çiyin-çiyinə qol açıb rəqs edər, “Moya Armeniya”(“Mənim Ermənistanım”) mahnısını ifa edər. Üstəlik, vaxtilə Zeynəb Xanlarovanın oxuduğu “Kür-Araz-Ararat- gözəldir bu həyat! Qardaş olub Hayastan-Azərbaycan!” mahnısını da oxuyar ki, bu ermənisevərlərin, ermənipərəstlərin, erməni ilə kirvəlik, qardaşlıq, tut arağı vurmaq həsrəti çəkənlərin ürəyi soyusun... Bununla da dermokratik beynəlxalq ictimaiyyətə super tolerant, dözümlü bir xalq olduğumuzu bir daha isbata yetirərik... Hamı bilər ki, biz ermənilərlə yenidən qardaşlaşmağa hazırıq... Hələ Zara axçiyə Mikayılın o məşhur “gəldim e, gəldim” çağırışını da öyrədərik, Studiyaya girən kimi Bakıya gəlişini istəməyənlərin acığına üzünü Mikayıla, ona əl çalanlara tutub deyər ki, ara, geldim e, geldim...



Tarix: 25-07-2018, 11:35
Xəbəri paylaş





Xəbər lenti