“Dialoq üçün yaxşı şərait var” – Kaspişik Qarabağ haqda



Son illərdə Ermənistan – Azərbaycan sərhədlərində bir sıra monitorinqlər keçirmişik. Xüsusil də, Naxçıvan istiqamətində monitorinqlərimizin sayı kifayət qədər çox olub.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan KİV-ə açıqlamasında ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anji Kaspişik deyib:

“Sərhəd bölgələrində atəşkəs rejiminin pozulması hallarının sayının artmasıyla bağlı məlumatların sayı çoxalıb. Buna görə də, təmas xətti və sərhədboyu bölgələrə baş çəkmək üçün səylərimizi davam etdiririk. Hesab edirik ki, gərginliyi artıracaq bütün səbəblərin qarşısı alınmalıdır. Cəbhədə əməliyyatların başlanması riskini artıran hərəkətlərdən çəkinilməlidir”.

ATƏT nümayəndəsinin sözlərinə görə, son bir neçə ayda tərəflər atəşkəs pozuntularının nisbətən aşağı səviyyədə olduğunu bildiriblər:

“Digər yandan, tərəflər top və qumbaraatan kimi ölümcül silahların istifadə edilməsi barədə məlumat vermədilər. Cəbhə xəttində sabit vəziyyət və zərərlərin aşağı səviyyəyə enməsi yenilənmiş dialoq üçün daha yaxşı perspektiv yaradır.

Ofisimiz cəbhə xəttini müntəzəm olaraq, tərəflərin dəstəyi ilə mütəmadi izləməkdə davam edir və bu, bizə vəzifələrimizi yerinə yetirməyə imkan verir”.


Tarix: 25-07-2018, 18:53
Xəbəri paylaş





Xəbər lenti