“Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzində BIABIRÇILIQ

 


“Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzindən uşağ qaçıb.

Bu barədə dosye.org-a etibarlı mənbəmiz məlumat verib. Hətda uşağ sərnişin daşıyan avtobusuna minərək naməlum istiqamətə gedib. Xoşbəxtlikdən heç bir bədbaxt hadisə baş verməyib. Lakin bu o demək deyil ki, mərkəzin direktoru məsüliyyətdən yayındı.Avtobusda sərnişin qadın uşağın kimsəsiz görüb yaxınlıqda Azərbaycan Nəşriyyatının mühafizə polisinə təhvil verib.

Bundan sonra polis uşağın haradan və hansı şəraitdə qaçdığı barədə məlumat əldə edir. Belə ki, “Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzin direktoru kimi özünü təqdim edən Niyaməddin müəllim uşağı təhvil alaraq mərkəzə aparıb. Məlum olur ki, sözügedən mərkəz tam nəzarətsiz olduğundan uşağ oranı tərk edib. Məlumatı dəqiqləşdirmək üşün əməkdaşlarımız “Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzinə yola düşü.

Bakının Yasamal rayonunda(Yasamal r-nu, Şərifzadə 31/54) və eyni zamanda Yasamal metro staniyasının çıxışında yerləşən 4 mərtəbəli bina deyilən ünvandır. Birinci mərtəbə ticarət üçün nəzərdə tutulduğundan qalan mərtəbələrdə hansı şəraitdə mərkəzin fəaliyyəti olduqca qaranlıq qaldı. Uşağın mühafizəsini təmin edə bilməyən “mühafizəçi” yuxarı mərtəbələrə buraxılmayağını bildirdi.

Dosye.org-ın araşdırmlarına görə “Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzi üçün nəzərdə tutulan bina olduqca dəhşətli mənzərədən ibarətdir. Deməli binanın 4-cü mərtəbəsi “Çardağ” restoranı kimi fəaliyyət göstərir. Görünür, müəyyən xəstəliklərdən əziyyət çəkən üşaqların mühafizəsini təmin edə bilməyən Niyaməddin müəllim restoranın mühfazəsini yüksək təmin edib.

Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məlumatları yayımlamırıq. Onuda nəzərinizə çatdıraq ki, Azərbaycan Nəşriyyatın mühafizə xidməti məlumatı təsdiqləyə bilər. Növbəti yazılarımızda qaçan uşağın kimliyinə və fotosuna aydınlıq gətiriləcək. Bundan sonra valideyinlər etibar etdiyi “Loqos” Pisxoloji və Nitq İnkişaf Mərkəzinə uşağ verərkən diqqətli olacaqlar. Bizi izləməyi unutmayın. ARDI VAR

Dosye.org

Tarix: 30-07-2018, 13:36
Xəbəri paylaş





Xəbər lenti