Azərbaycanın müdafiə nazirindən Avropa İttifaqı rəsmisinə savaş xəbərdarlığı

ATƏT-ə sədrlik edən İtaliya prezidentinin Ermənistanda sülh çağırışları etdiyi vaxtda Bakıya gələn avropalı təmsilçilərə ordu rəhbərliyinin xəbərdarlığı nə vəd edir? Ermənilər yenə narahatdır; ekspert: “Vaxt onların əleyhinə işləyir...”

İtaliya prezidenti Sercio Matarella Azərbaycan paytaxtına səfərindən bir neçə gün sonra Ermənistana getdi. Matarella və onun qızı Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan, prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın dövlət başçısının Bakıdan sonra İrəvana səfər etməsi suallar doğurdu. Qeyd edək ki, Azərbaycanda yüksək səviyyədə qarşılanan, ali dövlət mükafatları ilə təltif olunan İtaliya prezidentinə Qarabağla bağlı çox ciddi mesajlar verilmişdi. Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarına ölkəsinin ATƏT-ə sədrlik etməsini xatırladaraq, Qarabağ məsələsinin yeganə həll variantı barədə ətraflı danışmışdı. Dövlət başçısı belə demişdi: “Bu məsələ ilə birbaşa məşğul olan Minsk Qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”.

İtaliya prezidentinin bundan sonra Qarabağ tənzimlənməsi ilə aktiv məşğul olacağına şübhələr olsa da, müəyyən gözləntilər də var idi. Xüsusilə də onun İrəvana getməsi və burada sülh mesajları verməsi diqqət çəkdi. Əslində ATƏT sədrinin Ermənistanı işğalçı siyasətinə görə açıq şəkildə qınayacağına inanmaq sadəlövhlük olardı. Elə onun İrəvanda “Münaqişənin həlli üçün yeganə variant sülh yoludur” məzmunlu açıqlamalarının ermənilər tərəfindən tirajlanması da Romanın bu prosesdə aktiv rol oynayacağına inamı azaldır. Üstəlik, İtaliyanın hətta TANAT-TAP məsələsində Rusiyanın iradəsindən kənara çıxa bilməməsi onun Qarabağ probleminin həllində çox irəli gedəcəyinə şübhə yaradır.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycandan sonra Ermənistana da səfər edən İtaliya prezidentinə həm Bakıda, həm də İrəvanda medal verdilər: “Bu, maraqlı məsələdir. Hansısa prezidentin Azərbaycandan dərhal sonra Ermənistana səfər etməsi bizim xoşumuza gəlmir. Ancaq indiki halda İtaliyanın ATƏT-in hazırki sədri olduğunu nəzərə almalıyıq. Bu təşkilat sözdə də olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Ona görə də ATƏT-ə sədrlik edən dövlət bir-biri ilə müharibə vəziyyətində olan Azərbaycanla Ermənistan arasında balans saxlamağa çalışır. Əgər ATƏT sədri olan ölkənin prezidenti bu dövlətlərdən yalnız birinə səfər etsəydi, bu onun vasitəçi kimi mövqeyinə mənfi təsir edərdi. Buna baxmayaraq, İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları İtaliya-Ermənistan arasındakı əməkdaşlıq imkanlarından daha genişdir. İtaliya ilə Azərbaycan arasında ticarət mübadiləsi milyardlarla dollarla ölçülür. Buna görə də İtaliya prezidenti Ermənistanda daha çox humanitar əlaqələrdən və tarixi yaxınlıqdan danışa bilirdi”.

Bu arada Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət çəkdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Müdafiə naziri qonaqların diqqətinə çatdırıb ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin öz övladlarını ölkəmizin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur. General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə işğalçı ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Əslində Azərbaycanın müdafiə nazirinin Paşinyanın təxribatına cavabı ciddi məsələdir. İndi görək beynəlxalq təşkilatlar Bakının bu xəbərdarlığına necə reaksiya verəcək. İşğalçı ölkənin hökumət başçısının öz oğlunu Qarabağa xidmətə göndərməsi açıq-aşkar savaşa təhrik etməkdir. Əgər Avropa İttifaqı, yaxud ATƏT-in rəhbərliyi Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyirlərsə, ən azı Paşinyanın davranışlarının cavabını verməlidirlər.

Müdafiə Nazirliyindən  verilən digər məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. 

“Azərbaycan müdafiə nazirinin Avropa Şurasının rəsmisi ilə görüşündə bir daha onun diqqətinə Ermənistanın hazırkı naşı və hoqqabaz baş naziri Nikol Paşinyan və komandasının bəzi hərəkətləri ilə bağlı məqamı çatdırması əslində çox doğru taktika idi. Çünki həmin avropalı şəxsin ermənilərlə də danışıqları gözlənilir və onun bu haqda məlumatlı olması lazım idi”.

Ãzeyir CÉfÉrov ile ilgili görsel sonucu

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert beynəlxalq təşkilatın təmsilçilərinin üzərinə düşən missiyanı da xatırlatdı: “Qoy onlar Ermənistan siyasi-hərbi rəhbərliyindən imkan daxilində soruşsunlar ki, axı siz gah özünüzü Qarabağla bağlı məsələlərdə yaxanızı kənara çəkmiş kimi göstərmiş kimi olursunuz. Gah da nümayişkaranə şəkildə həm baş nazirin özü, ardınca da müdafiə nazirləri öz övladlarını Azərbaycanın işğal altında qalan Qarabağ ərazisinə hərbi xidmətə yollayırlar. Bunu da bəh-bəhlə təbliğ edirlər ki, guya bunlar sülh istəyirlər. Necə deyərlər, ay bədbəxtlər, siz əgər sülh istəyirsiniz və bunu arzulayırsınızsa, qoy əsgər və zabitləriniz Ermənistan ərazisində xidmət keçsinlər də. İndiki halda Avropa rəsmisi üçün bir daha müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən faktın diqqətə yetirilməsi lazım idi. Əslində isə biz bilirik ki, hazırkı durumda ermənilərin əsgər sarıdan həm ölkələrinin daxilində, həm də işğal altında hələlik saxladıqları Qarabağ ərazisində çox böyük sıxıntıları var. Övladlarını da ora göndərməklə, özlərində və ətraflarında belə bir təəssürat yaratmaq istəyirlər ki, guya orada heç bir müharibə, risk qorxusu yoxdur. Amma ermənilərin naşı, hazırlıqsız siyasi və hərbi rəhbərliyi gözəl bilir ki, onsuz da gec-tez Azərbaycan ordusu veriləcək tapşırığı icra edəcək. Onda ermənilərin yaşayacaqları fəlakətə heç kim kömək edə bilməyəcək. Vaxt isə onların əleyhinə sürətlə işləyir”.

Ordu rəhbərliyinin cəbhə bölgəsinə səfəri adətən erməniləri təşvişə salır, yəqin bu dəfə də analoji reaksiya olacaq. Bu günlərdə erməni hərbi ekspertlərdən biri etiraf edib ki, vəziyyət çox təhlükəlidir və hər an müharibə başlaya bilər. Azərbaycanın təmas xəttindəki hazırlıqlarını və ölkə rəhbərliyinin prinsipial mövqeyini xatırladan erməni hərbi ekspert payıza doğru vəziyyətin daha da gərginləşəcəyindən ehtiyatlandığını ifadə edib.

Ü.Cəfərovun fikrincə, əslində nə qədər ki, münaqişə öz həllini tapmayıb, savaş riski həmişə var: “Lakin Ermənistanın hazırkı rəhbərliyi gözəl anlayır ki, vəziyyət cəbhədə gərginləşsə onlar çox acınacaqlı durumla üzləşə bilərlər. Bu günlərdə Azərbaycan xarici işlər nazirinin ”Ermənistan bizdən vaxt istəyib" kəlməsi də dediklərimizə sübutdur. Amma bu vaxtı o yaramazlar tamam başqa məqsədlər üçün istifadə etməyə çalışırlar. Bir qədər özlərinə gəlmək, ortada olan boşluqları doldurmaq və istəklərini həyata keçirmək. Buna bizim diqqət etməmiz gərək".

Erməni mənbələri iddia edib ki, Azərbaycan tərəf ATƏT müşahidəçilərinin Naxçıvan istiqamətindən monitorinq keçirməsinə mane olur. Ermənistan Naxçıvan istiqamətindən əks-zərbənin endirilməsindən o qədər həyəcana düşüb ki, ATƏT müşahidəçilərini o istiqamətə yönəltməyə çalışır. Xüsusilə də Ermənistanın Rusiyanın iradəsindən kənara çıxıb Gürcüstandakı NATO təlimlərinə qatılmaqla bağlı qərar verməsi İrəvanda birmənalı qarşılanmır. Hesab olunur ki, savaş başlasa, Ermənistan Rusiyanın köməyindən məhrum duruma düşə bilər.

Ermənistan Müdafiə Nazirliyi NATO-nun tədbirinə qatılmasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr səsləndirməyə başlayıb. NATO-nun “Layiqli tərəfdaş 2018" təlimi fikirlərini bölüşən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın qəzəbindən qorunmaq üçün bu təlimin NATO yox, guya Gürcüstanın keçirdiyini iddia edib. ”Erməni zabitləri təlimə Gürcüstan Müdafiə Nazirliyi dəvət edib", - deyə o bildirib.

Ü.Cəfərov dedi ki, Ermənistan MN-in sözçüsünün qorxaqcasına özlərini sığortalamaq cəhdi heç bir çərçivəyə sığmır:“Rusiyanın onların addımlarına verəcək kəskin münasibəti yumşaltmaq üçün tez-tələsik deyiblər ki, guya bu təlimlərə onlar, sadəcə, 4 nəfər zabitlə qatılıblar. Özü də NATO-nun deyil, Gürcüstan tərəfinin dəvəti ilə. Bunu yalnız erməni ağılsızı deyə bilərdi və dedi də. Bu özündənrazı, təkəbbürlü Artsrun Hovanesyan guya bilmir ki, bu təlim NATO təlimidir və Gürcüstan, sadəcə, ev yiyəsidir? Gözəl bilir. O fikirləşir ki, onsuz da bir şey deməlidir. Və dediyi də çox gülünc və absurddur. Bir sözlə, son vaxtlar müşahidə etdiyimiz Ermənistan siyasi-hərbi komediyası davam edir. Nəticəsini isə yaxın vaxtlarda görəcəyik. Mənim proqnozum odur ki, Ermənistan etdiyi özbaşınalıqlara görə çox ağır bədəl ödəməli olacaq. Bunu rus tərəfi səbirsizliklə edəcək. Ona da ”rus ayısı" deyərlər".

O da məlum olub ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə dövlət başçılarının görüşü razılaşdırılmayıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, hələlik ATƏT-in Minsk Qrupundan da belə bir təklif gəlməyib. Vəziyyətin narahatlıq doğurduğunu ermənilər açıq etiraf edirlər. Hətta MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yeviseyev deyib ki, Paşinyanın bu davranışları Qarabağın əldən getməsi ilə nəticələnə bilər.   

Hazırda Ermənistanda klanların sıradan çıxarılması istiqamətində həyata keçirilən proses erməniləri və onların havadarlarını qorxuya salıb. Düzdür, Paşinyan bununla Qarabağı Azərbaycana qaytarmağa hazırlaşmır, sadəcə, hakimiyyətinə problem yaradanları sıradan çıxarır. Amma istənilən halda cinayətkarların dayaqları sarsılır və Azərbaycan üçün fürsətlər yetişir.

Elşad PAŞASOY

Tarix: 1-08-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti