Anaxeber.az da bloklanır

 Xəbər verildiyi kimi, Anaxeber.az saytının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa çağrılıb. SİAM.Az-a daxil olan son məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sayta məktub daxil olub. Məktubda göstərilən məqalələrin silinməsi tələb edilib və əks halda saytın bloklanacağı bildirilib. Baş redaktorun sözlərinə görə, onu hansı səbəbdən prokurorluğa çağırdıqları deyilməyib. A.Talıbov bundan əvvəl də Baş Prokurorlğua çağırılmışdı. Qeyd edək ki, son bir neçə gündə 24aat.org, arqument.az, xural.com saytları məhkəməyə verilib.




Tarix: 8-08-2018, 13:35
Xəbəri paylaş





Xəbər lenti