«RUSİYA İLƏ MÜHARİBƏ FƏLAKƏT OLACAQ!» – NATO generalından xəbərdarlıq

NATO generalı Manfred Hofmann «Der Tagesspiegel» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, Rusiya ilə müharibə Avropa üçün və dünyanın qalan hissəsi üçün fəlakət olacaq. Onun fikrincə, qərb ölkələrində həddindən artıq tez-tez Moskvanın təkliflərinə məhəl qoymurlar. Amma yaxşı olardı ki, «Qərb Rusiyanı öz həmkarına çevirmiş olsun».
Bundesverin general-leytenantı və «Rusiya xüsusi xidmətlərinin prioritet hədəfi» Manfred Hofmann bildirib ki, Rusiyanın Baltikyanıya soxulacağı təqdirdə, ilk saatlar 35 min NATO əsgərinə məhz o komandanlıq etməli olacaq – «Der Tagesspiegel» alman qəzeti yazır.
Bloka daxil olan dövlətlərin başçıları gələcək fəaliyyət barədə razılığa gələnə qədər, NATO-nun Şetsinedəki (Polşa) çoxmillətli şimal-şərq korpusunun komandanı təcavüzə necə reaksiya verilməsi məsələsini həll etməli olacaq, deyə, məqalə müəllifi Hannes Hayne dəqiqləşdirir.
«Burada açar amil – sürətdir» – deyə, müsahibədə Manfred Hofmann bəyan edib.
Məqalə müəllifi xatırladır ki, 2014-cü ilə qədər Şimali Atlantika Alyansı korpusunun Şetsinedəki bölmələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi və silahlı münaqişədə iştirak etməsi üçün 180 gün tələb olunurdu.
«İndi isə bunun üçün 30 gün bəs edər» – deyə, alman jurnalist qeyd edir.
Öz növbəsində, NATO generalı Rusiyanı «qorxudacağı»na inanır, amma etiraf edir ki, belə taktika o zaman köməyə gələr ki, təlimlər zamanı məşq edilmiş ssenariləri istənilən vaxt reallaşdırmaq mümkün olsun.
«Müharibə həm Avropa üçün, həm də dünyanın qalan hissəsi üçün fəlakət olacaq. Qərb ölkələrində tez-tez Rustyanın təkliflərinə məhəl qoyulmur. Amma yaxşı olardı ki, Qərb Rusiyanı özünun həmkarı etmiş olsun» – deyə, Manfred Hofmann xəbərdarlıq edir.(«AzPolitika.info»)
Tarix: 16-08-2018, 09:19
Xəbəri paylaş





Xəbər lenti