“Ermənistan ordusu əsgərindən tutmuş nazirinə qədər korrupsiyaya uğrayıb”


Aydın Mirzəzadə: “Erməni hərbçiləri üçün oğurluq adi hala çevrilib”




Ermənistan ordusunun ali eşalonunda təmsil olunan general və polkovniklərin işdən qovulması və həbsi prosesi davam edir. Bu günlərdə düşmən ordunun arxa cəbhə üzrə idarə rəisinin işdən qovulması da Ermənistan ordusundakı təbəddülatların səngimək bilmədiyini göstərdi.

Erməni ordusundakı qovulma və həsblərin davam etməsi Ermənistan Silahlı Qüvvələrindəki problemlərin daha dərin və mürəkkəb olmasının göstəricisi hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Ermənistan ordusundakı vəziyyətin həddindən artıq acınacaqlı olduğunu təsdiqlədi:

“Ermənistan ordusunda vəziyyət olduqca ağırdır. Bunun da iki səbəbi var. Birinci səbəb onan ibarətdir ki, əsgərindən tutmuş generalına qədər aparılan hərbi siyasətin düzgün olmadığının, işğal siyaətinin bu cür ağır nəticələrə səbəb olduğunun fərqinə varılmır. Artıq Ermənistan əsgəri Koçaryann, Sərkisyann siyasətinin qurbanı olmaq istəmir. Belə bir düşüncə dəyişikliyi baş verir. Ikinci səbəb isə ondan ibarətdir ki, ordu saxımq olduqca bahalı bir işdir. Ermənistanın büdcəsi 2,7milyard ABŞ dollarıdır. Bunun da maksimum 500 milyon dolları Ermənistan ordusunun saxlanılmasına sərf olunur. Təqribən 60-70 minlik şəxsi heyəti olan ordu üçün 500 milyon dollar çox az bir vəsaitdir. Əmək haqqı, sosial problemlərin həlli, kommunal xərclər, yanacaq və yemək xərcləri, yeni silahların alınması, təlimlərin keçirilməsi ordunun gündəlik tələbat duyduğu bir məsələdir. Bu baxımdan Ermənistan ordusunda vəziyyət olduqca acınacaqlıdır. Bu, həm maddi, həm də mənəvi baxımdan belədir.

Burada üçüncü bir amil də var. Erməni hərbçiləri üçün oğurluq adi bir haldır. Təsadüfi deyil ki, bir müddət əvvəl keçmiş müdafiə naziri Seyran Ohanyanın İrəvanın mərkəzindəki villası yerlə-yeksan edildi. General Manvel Qriqoryanın evindən az qala bir korpusu təmin edəcək qədər ərzaq, sialh və texnika çıxdı.

Bu gün əsgərindən tutmuş nazirinə qədər Ermənistan ordusu korrupsiyaya uğrayıb. Bu baxımdan baş verənlər təbii ki, Ermənistan ordusundakı ağır vəziyyətdən xəbər verir”.

 

Seymur ƏLİYEV

Tarix: 17-08-2018, 08:08
Xəbəri paylaş





Xəbər lenti