Ramil Usubov rəisi vəzifəsindən azad edib - FOTO

 Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib. Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.
Sözügedən məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən Unikal.org-a təsdiqləyiblər. Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.
 
Tarix: 21-08-2018, 23:54
Xəbəri paylaş





Xəbər lenti