ABŞ qlobal müharibədə məğlub olacaq – SƏBƏBLƏR


ABŞ qlobal müharibədə məğlub olacaq – SƏBƏBLƏR

ABŞ-ın Silahlı qüvvələri üçün əsas təhlükə Rusiya və Çin deyil, öz qoşunlarının həddindən artıq aktiv istifadəsi və texnologiyaların aşağı səviyyəsidir.

Publika.az xəbər verir ki, bunu “National Interest” nəşri üçün yazdığı məqaləsində Amerika ordusunun keçmiş polkovnik-leytenantı Deniel Devis bildirib.

Devis qeyd edir ki, hazırda ABŞ Çini hər cür yaralamağa çalışır, həmçinin Rusiya sərhədlərinin yaxınlığında keçirdiyi təlimlərlə Rusiya ilə münaqişəni təhrik edir, amma heç vaxt şəxsi təhlükəsizliyini yaxşılaşdırmır. Onun sözlərinə görə, əgər rəqiblərdən kimsə Amerika naviqasiyalarını və kəşfiyyat peyklərini məhv etmək üçün kosmik silahlardan istifadə edərsə, onda Vaşinqton heç vaxt cavab verə bilməyəcək və hərbi potensialının əhəmiyyətli hissəsini itirəcək.

Devis hesab edir ki, Amerika hakimiyyəti rəqibləri bütün tələblərlə razılaşmağa məcbur etmək üçün hərbi gücdən istifadə etməklə hədələməyi dayandırmalıdır. Hərbçinin fikrincə, bu, rəqibləri tədqiqatları genişləndirməyə və cavab ölçülərini hazırlamağa itələyir.

Polkovnik-leytenant yazır ki, ABŞ terrorizmlə mübarizə və kiçik müharibələrin ustasına çevrilib.

Bundan başqa, o, Amerikanın hərbi texnikasının xeyli dərəcədə köhnəldiyini bildirib. Devisin sözlərinə görə, Vaşinqton lazımsız hərbi əməliyyatları maliyyələşdirmək üçün trilyonlarla dollar xərcləyir.

Devis vurğulayır ki, ABŞ islahatlar keçirməli və bütün cari əməliyyatları dərhal dayandırmalı, həmçinin öz ordusunu qorumalıdır.

“Vəziyyətin indiki şəkildə davam etməsi ABŞ ordusunu zəflətməkdə davam edəcək və gələcəkdə qlobal hərbi məğlubiyyətə gətirib çıxaracaq”, - o yekunlaşdırıb.

Tarix: 30-08-2018, 09:19
Xəbəri paylaş





Xəbər lenti