Statistika Komitəsi Elmar Vəliyevin dəvələrini siyahıya almağı unudubmuş? - İDDİA...







Ölkənin ikinci paytaxtı və onun zəhmətkeş sakinləri Elmar Vəliyevsiz günlərinə alışmağa başlayır. Şəhərdə həyat öz axarı ilə davam edir və cəmiyyətdə birmənalı mövqe ondan ibarətdir ki, Niyazi Bayramov ona göstərilən etimadı doğruldaraq bu qədim şəhərə hüzur və abadlıq gətirməyə müvəffəq olacaq. 

Amma məsələ onda deyil. Xahiş edirik, indi oxucularımıza təqdim edəcəyimiz material heç də yıxılana balta çalmaq kimi qəbul edilməsin. Çünki nə indi, nə də əvvllər belə bir niyyətimiz olmayıb və həmin hadisələr zamanı da dövlətçiliyin yanında olduğumuz, icra başçısına hücumu qətiyyətlə qınadığımız hər kəsə agahdır. Sadəcə əldə etdiyimiz informasiya maraqlı olduğundan onu işıqlandırmağı lazım bildik...

Gəncədəki oxucularımızdan biri may ayının 2-də saytların birində getmiş aşağıdakı materialı bizə göndərərək deyir ki, biz Statistika Komitəsindən vaxtilə Elmar Vəliyevin Yevlax rayonu ərazisində olan dəvələrinin sayının həmin qurumun rəsmi açıqladığı siyahıda yer almamasının səbəbini soruşaq. Oxucumuz iddia edir ki, həmin dəvələrin statistikasının aparılması sadəcə olaraq siyahıalma zamanı "yaddan çıxıb"...

Yeri gəlmişkən, materialı hazırlayarkən "Google" axtarış sistemindən daha dəqiq informasiya əldə etməyə çalışarkən E. Vəliyevin dəvələrin sayını və otlaq arealını əhatə edən başqa bir material da qarşımıza çıxdı: 


"Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda cəmi 222 baş dəvə mövcud olub. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarında deyilirdi ki, son bir il ərzində dəvələrin sayı 14, son iki il ərizdə 20, son 5 il ərzində isə 66 baş azalıb.

Məlumat üçün bildirək ki, 5 il əvvəl - 2013-cü ildə 12 rayon və paytaxt Bakıda ümumilikdə 288 baş dəvə mövcud olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda isə qeyd olunur ki, dəvə olan rayonların sayı yarı-yarıya azalıb. 2018-ci ilin əvvəlində cəmi 7 rayonda ümumilikdə 222 baş dəvə qalıb.

Son 5 ildə dəvələrin sayı yalnız Abşeron və Sabirabad rayonlarında artıb. Abşeronda dəvələrin sayı son 5 ildə 61-də 81-ə, Sabirabadda isə 20-dən 30-a yüksəlib. Digər rayonlarda isə azalma olub.

Azərbaycanın digər şəhər və rayonlarında dəvələrin sayı belə olub:



Tarix: 9-09-2018, 21:46
Xəbəri paylaş





Xəbər lenti