Deputatın və Milli Məclisin “Azərbaycan”ı KİVDF-ni boykot edib
Milli Məclisin mətbu orqanı “Azərbaycan” qəzeti özünü yadplanetli kimi aparır

Cahan.info xəbər verir ki,
qəzetin rəhbərliyi və əməkdaşları Prezident yanında Kūtləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu 3 ildən artıqdır boykot edir.

Bu xəbəri Rüstəm Rüstəmzadə adlı feysbuk istifadəçisi yazıb. R.Rüstəmzadə qeyd edib ki, nə qəzetin baş redaktoru, nə də əməkdaşları KİVDF tərəfindən təşkil olunan tədbirlərdə iştirak edirlər.

Həmçinin, parlament qəzetinin jurnalistlərin Fondun keçirdiyi mūsabiqələrə qatılmır, açıq şəkildə boykotagedirlər. Görəsən “Azərbaycan” rəhbərliyinə dövlət təşkilatını boykot tapşırığını kim verib?

Söhbət ondan gedir ki, “Azərbaycan”ın baş redaktoru deputat Bəxtiyar Sadıqovdur. B.Sadıqov prezident yanında yaradılmış media fondunun tədbirlərini, müsabiqələrini boykot edirsə, hansısa səbəblər var. Ehtimal etmək olar ki, Fondun direktoru Vüqar Səfərli ilə münasibətlərdə anlaşmazlıq var.

Digər səbəb isə KİVDF tərəfindən “Azərbaycan” qəzetinə maliyyə yardımı ayrılmamasıdır. Bu fakta sonuncu dəfə maliyyə ayrılarkən da rast gəlmək mümkündür. (http://kivdf.gov.az/news/421/.../)

Belə ki, siyahıda parlamentin mətbu orqanının adı yoxdur. Deyilə bilər ki, qəzeti Milli Məclis özü maliyyələşdirə bilər. O halda Yeni Azərbaycan Partiyasının qəzeti olan “Yeni Azərbaycan” qəzetinə niyə 60 min manat yardım ayrılıb?

Partiya dövlət strukturu deyil, təşkilatdır, üzvlük haqqı ilə də qəzet çap oluna bilər. Amma deyəsən B.Sadıqovla KİVDF arasında “pişik keçib” və münasibətlər soyuqdur.

Ona görə nə yardım ayrılır, nə də qəzet əməkdaşları müsabiqələrə qatılırlar. Maraqlıdır ki, B.Sadıqov Fondun Müşahidə Şurasının üzvlərindən biridir.
Ən mühüm fakt budur ki, 2016 ilində “Azərbaycan” qəzetinə KİVDF tərəfindən birdəfəlik maliyyə yardımı ayrılıb.

(http://olaylar.az/news/sosial/186153) 

Bütün bunlardan çıxan qənaət budur ki, deputatla fond arasında hansısa problemlər yaşanır. Hər iki tərəfin məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

KİVDF - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.

Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.