Fətullahçı-"nurçu" cameənin Azərbaycan tribunaları


SOCAR VƏ "NURÇU" CAMEƏNİN GİZLİ FƏALİYYƏTİ



Və yaxud SOCAR prezidenti Rövnəq Abdullayevin "nurçular"la dostluğunun pərdəarxası                                                  “Soyuq Savaş” bitən dönəmdə dünyanı yeni qaydalar çərçivəsində idarəetmə “qlobalçı” (kürəsəl) bir hərəkat yarandı. Onların tək amacı dünyanın vahid bir mərkəzdən idarə olunması idi. Beləliklə “qlobalçı”lar dünyanın bölgələr üzrə yönədilməsi doktrinasını işə saldılar. Onların çoxsaylı strateji mərkəzləri- “beyin” gücü bu yöndə bir sıra projelərlə gündənə gəlməyə başladı. Bunlardan biri də “Soyuq Savaş”dan sonra dünya çapında özümlü yer tuta biləcək “TÜRK DÜNYASI” anlayışının çökdürülməsi idi. Çünki, Türkiyə Şərqi Avropa, Qafqaz, Orta Asiya və Orta Doğuda coğrafi-strateji mövqeyi sayəsində böyük bir gücə çevrilə bilərdi. Ona görə də “qlobalçı” siyasətin təməlini qoymuş Vudri Vilson “projesi” gündəmə gətirildi. Bu, 1906-cı ildə Səidi Nursi (Kürdi) tərəfindən gündəmə gətirilmiş “NURÇULUQ” təlimi idi. Din pərdəsi altında “kürdləşmə”, “kürdçülük” və “kürəsəlləşmə” doktrinası.

“Qarabağ” problemini ermənilərin xeyrinə çözmək hədəfi

Kimsəyə sirr deyil ki, Qafqazda yaşayan bütün xalqların və dini anlamların təməlində Türkün kulturoloji dəyərləri dayanır. Çarlıq Rusiyası ilə başladılan və Sovetlər Birliyi tərəfindən davam etdirilən ifrat “antitürk” hədəfi Qafqazda təməlli Türk etnokulturoloji sistemini dağıdıb məhv edə bilmədi. Buna görə də həmin missiyanı Səidi Nursinin (Kürdi) ardıcılı kimi gündəmə gələn Fətullah Gülən davam etdirməyə başladı. Bu dəfə “beyinyuma” psixoloji düzəni önə çıxarıldı. Beləliklə qısa zaman içində (1991-1996-cı illər) yağışdan sonra göbələk kimi artan “fətullahçı okullar” sistemi yaradıldı. Onların qarşısında duran hədəf beyinləri yuyulmuş yeni nəsli biznes, ticarət, iqtisadiyyat, bank, elm, din və sonda iqtidara gətirmək idi. Demək olar ki, Qafqazın bütün bölgələrində “fətullahçı okullar” mövcud idi. Təkcə Ermənistana ayaq açmadılar. Okullar aça-aça, bölgələrdə onlara məxsus biznes şəbəkələri də çiçəklənməyə başladı. Məhz bu dövrdə Türkiyəyə qarşı kürd etnik bölücülük siyasətinin önündə gedən PKK, YPG, PYD, PJAK, YPJ, KJK, TJA, PAJK, KBDH, YPS, YPS-JİN, KJK, KJB, KJA, TEVGERA JİNAN, TEV ÇANDA JİNEN, YJK, YAJK, YJŞ, YBŞ-YJŞ, ADKH, QSD, RAJIN, TAJEŞ, HPC-JİN, YJŞ, KOMAW, KCDK, KONGREYA STAR, YBŞ, YPS, TKP/ML, MLKP, BÖG, FKBDC, DDGB, HBDH, KCK, YJA-STAR və başqa təşkilatların strateji hədəfləri Ermənistana gərəkən dəstəyi verməklə “Qarabağ problemi”ni “qlobalistlər”in xeyrinə çözmək idi. Buna görə də Rusiya, İran, Suriya, Livan, Fələstin və başqa məkanlarda “nurçular” kürd bölücü terror qruplaşmaları ilə iç-içə idi. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxstan, Türkmənistan, Ukrayna və digər dövlətlərdə əldə etdikləri milyonlarla kürdlərə məxsus terror qruplarını maliyyələşdirməklə “Dağlıq Qarabağ”, “Kürdüstan” və “Böyük Fırat” ideoloji konspetinə yönəldirdilər. Çünki, kürd bölücülüyü ideyasının yanında Livan, İran, Fələstin, Suriya, İraq və Türkiyə erməni terror təşkilatları da yer alırdılar. Onların hərbi düşərgələrdə təlim keçən bölücü qrupları Qarabağda döyüş təcrübəsi əldə etməyə göndərilirdilər. “Fətullahçı cameə”nin strateji doktrinası Türk Dünyasını param-parça etmək idi. Bu barədə hələ 1909-cu ildə Səidi Nursi (Kürdi) İstanbulda dərc etdirdiyi “Volkan” qəzetində belə yazırdı: “Biz kürdlər türkləri dini təlimlər adı altında ya assimliasiyaya məruz qoymalı, ya da dünyada durduqca, savaş meydanlarında onları tamamilə məhv etməliyik”.

SOCAR-ın hədəfə alınmasının səbəbi

“Soyuq Savaş” sonrası dünyanın hər yerində strateji mövqelər əldə edən “qlobalçılar”a qarşı ulusal (milli) dövlət siyasəti tərəfdarları kəskin şəkildə mücadilə aparmağa başladılar. Bütün bunları göz önünə alan qlobalçı cameələr dərhal iki strateji hədəfə üz tutdular. Bu, açıq və qapalı mövqelər uğrunda savaş demək idi. Qapalı tərəfin yanında yer alan “Fətullah Gülən” çetesi qarşısında duran hədəflərə tam şəkildə ulaşmaq üçün Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Balkan ölkələri və Şərqi Avropada iqtisadi baxımdan gəlir gətirən sahələrdə “kadrolaşma” sistemini qurdular. Rusiya, Qazaxstan, Azərbaycan və Türkmənistanın zəngin neft-qaz yataqlarının istismarı, nəql edilməsi və satışı üzrə bütün bürokratik çevrələrdə təməlli şəkildə lövbər saldılar. Çünki, dünya çapında qlobalçılarla ulusalçılar arasında yaşanılan gərgin psixoloji savaş istənilən anda onların tamamilə çöküşü demək idi.
Bu gün TransXəzər və TransQafqaz neft-qaz boru xəttinin dünya bazarına yönlənməsi beynəlxalq sağlam biznes mühitini təhdid edən nöqtələrin iflası deməkdir. Ona görə ki, İran, İraq, Səudiyyə, Qətər, Bəhreyn, Suriya, İordaniya, Liviya, Livan, Yəmən və başqa ölkələr öz zəngin sərvətlərindən əldə etdikləri gəlirləri feodalcasına coğrafi məkanlarını böyütmək, dini-ideoloji hədəflərini genişləndirmək, sonucda isə dünyanı terrorla təhdid kimi siyasətlərə baş vururlar. Ona görə də sağlam biznes mühiti üçün heç bir təhdid mənbəyi olmayan “Türk axını”na önəm verilməkdədir. “Kripto” fətullahçı-nurçu cameə məhz bütün bunlardan köstəbək kimi yararlanmaq taktikasına üz tutub. Faktiki olaraq bu gün Orta Asiya-Qafqaz-Türkiyə-Avropanı birləşdirən “İpək Yolu” iqtisadi zonası nurçu- fətullahçı cameənin nəzarətindədir. O da bəllidir ki, bu qruplaşma əldə etdiyi gəlirlərin çoxunu dolayı yolla qlobalçıların dəstək verdiyi terror örgütlərinə yönəldirlər. Konkret şəkildə desək, “Dağlıq Qarabağ sindromu”nun mümkün qədər uzanmasına çalışılır. Bu kripto çetenin çökdürülməsinin başlıca səbəbi də budur. SOCAR-la bağlı Azərbaycan, Türkiyə, eləcə də Avropa mətbuatında yer alan bütün informasiyalar indiyə kimi adı çəkilən bu qurum tərəfindən tutarlı faktlarla təkzib edilməyib. Fətullahçı-nurçu cameənin əsas dayağı olan “Hizmet” hərəkatı haqqında bircə dəfə, 26 oktyabr 2015-ci il tarixində SOCAR-ın mətbuat xidməti xəsisliklə təkzib verməli olub. Halbuki, fətullahçı-nurçu çetenin de-montaj edilməsi prosesi bütün dünyanın gözü qarşısında baş verirdi. Təkcə SOCAR-ın Türkiyədə 12 milyard dollar həcmində yatırım qoyduğu “Petkim” neft-kimya kompleksinin rəhbərliyində çalışan 25 nəfər fətullahçı-nurçu qruplaşma üzvünün həbs edilməsi və 13 nəfərin “silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə tutuqlanmasını isə SOCAR bu günə kimi görməzlikdən gəlib. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ən yaxın dostları sayılan İlqar Məmmədoğlu və Raqif Fərəcovun adlarının Türkiyə KİV-lərində hallanması da sıradan adi olay deyildi. Fətullah Gülənin şəxsi həkiminin kürəkəni Fatih Yigitin nəzarəti altında “SOCAR Turkey Energy” şirklətinin fəaliyyət göstərməsi isə əsas gəlirlərin məhz bu mərkəzdən idarə olunması siyasətinə xidmət edib. Məhz onun dəstəyi ilə “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri vəzifəsinə Vaqif Əliyev təyin olunmuşdu. Ötən həftə ABŞ Ədliyyə nazirliyinin sanksiyası əsasında cinayətlərdə suçlu bilinən və beynəlxalq axtarışda olan Kemal Öksüzün İrəvanda həbs olunması sıradan bir olay deyildi. 2013-cü ildə SOCAR-ın gizli maliyyə qrupuna Türkiyədə rəhbərlik edən və Fatih Yigitin nəzarəti altında fəaliyyət göstərən Samir Kərimli məhz Kemal Öksüzlə birlikdə həmin maliyyə işlərini idarə edirdi.

Fətullahçı-"nurçu" cameənin Azərbaycan tribunaları

Azərbaycan KİV-lərində təməlli şəkildə özlərinə yer etmiş “FETÖ” çetesinin ictimai fikrə təlqin siyasəti ilə bir çox şəbəkələr də mövcuddur. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, onların baş himayədarları SOCAR-da lövbər salmış “gizli hizmet” çetesidir.
AzTV, Xəzər TV, Yurd TV və digər şəbəkələr buna örnəkdir. “Strateq.az” saytı 29 mart 2014-cü il tarixdə “Ukraynada Azərbaycan adına “iş quran” nurçu-azərbaycanlılar” adlı baş məqalədə verib. Orada qeyd olunurdu: “Nurçulara çalışan media nümayəndələrinin siyasi mühafizəsi yüksək səviyyədədir. AzTv-nin Ukraynadakı nümayəndəsinin yalanlarından təngə gələn diaspor nümayəndələrinin AzTv rəhbərliyinə onun geri çağrılması ilə bağlı son 6-7 ildə dəfələrlə kollektiv müraciətlər sonda nurçuların köməyilə nəticəsiz qalıb. Sonuncu dəfə isə kollektiv müraciətdən sonra Arif Alışanovun yeni nurçu kürəkəni Orxan Əkbərovun dirənişi ilə Mövsüm Aslanovun lazımi postda saxlanılmasına müvəffəq oldu. UAGB-nin Nikolayev vilayətindəki nümayəndəsinin “Ermənistanın səsi” layihəsinə sponsorluq etməsi ilə bağlı sübutlarla dolu olan məqalələr Azərbaycan mətbuatında yer alsa da, nurçu rəhbərlər tərəfindən bu xəyanətkar hərəkətlər ört-basdır edildi. UAGB-nin tədbirlərinə gələn nurçu aktivlərinin siyahısı deyilənlərin sübutu kimi qəbul etmək məntiqə uyğundur. Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, deputat Ceyhun Osmanov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ASAİF sədri Ramin Hakimov, “İrəli” ictimai gənclər təşkilatının sədri Rauf Mərdiyev, Dağlıq Qarabağın Azərbaycan icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov başlıca himayədarlar olublar. Elnur Aslanovla Rövnəq Abdullayevin işbirliyindən sonra, UAGB-nin “SOCAR” tərəfindən maliyyələşdirməsi, “SOCAR”ın Ukraynadakı nümayəndəsi Elçin Məmmədovun təşkilatın əlaqələndirmə şurasına sədr seçilməsi danılmaz faktdır” (http://az.strategiya.az/index.php?do=xeber&id=6039).


“Paralel biznes”, “paralel dövlət”, “paralel ideologiya”, “paralel təhsil”, “paralel şəbəkə”, “paralel KİV”.... cəmiyyətdə hər nə varsa ona qarşı “paralel” düzən qurmaq fətullahçı-nurçu cameənin strateji hədəflərindən biridir. Onları tək ilgiləndirən “Türk kimliyi adı ilə “kürdləşmə” və “köstəbək” kimi çoxsaylı yuvalar qurmaqdır. Bu hədəflərin təməl görüşü isə Azərbaycanı özləri kimi “mutant” siyasətin içində gömməkdir. Hər birimiz üçün acı olan “Qarabağ düyünü”nün açılmasına əngəl olmaqdır. Çünki, fətullahçı-nurçu cameə yarandığı gündən erməni terrorizminin ideoloji dayağı olubdur. Adicə bir örnək göstərək. Gürcüstanda SOCAR-ın erməni kilsələrini qış mövsümündə isitmək üçün irəli sürdüyü aksiyanın gerçək mənası elə bu dövlətə qarşı “Erməni-Sevaxk Respublikası” adı ilə fəaliyyət göstərən və 2-ci “Qarabağ sindormu” üçün çalışan Ahısqa vilayətindəki bölücü kilsələrə dəstək verilməsi deməkdir. Gürcüstanda ermənilər kompakt şəkildə məhz bu vilayətdə yaşayırlar. O da bəllidir ki, Gürcüstana və Azərbaycana qarşı müharibə istəməyən bütün ermənilər həmin vilayətdən 2002-ci ildən etibarən xarici ölkələrə köçüb gediblər. Hər dərədə bir kilsə siyasəti yürüdən və etnik bölücülük siyasətinin yanında yer alan ermənilər bu kilsələrdə SOCAR-ın mərhəməti sayəsində isinir və isti-isti qafalarına daha məkrli ideyalar gəlir.

“Hürriyyət”

Tarix: 14-09-2018, 15:17
Xəbəri paylaş





Xəbər lenti