Bölgə silahlanır: Hərbi gəmilər cəmləşir, "çağırılmamış qonaqlar" toplaşır- MÜHARİBƏ HƏYƏCANI


Bölgə silahlanır: Hərbi gəmilər cəmləşir, "çağırılmamış qonaqlar" toplaşır- MÜHARİBƏ HƏYƏCANI

Qərb dövlətləri Aralıq dənizi akvatariyasına qüvvə cəmləşdirməyə başlayıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Almaniya Hərbi Dəniz Qüvvələrinin "Oldenburq" gəmisi də ərazidədir. Onun ərazidə artıq müşahidə ediblər.

Məlumata görə, o, şərqə doğru kurs götürüb, həmin ərazidə isə artıq 3 raket esminesi var. Bunlar ABŞ-ın "Karni", “Ross" və “Uinston Çörçil" gəmiləridir. Hər üç gəmi qanadlı "Tomoqavk" raketləri ilə təchiz olunub.

Həmçinin ərazidə minimum 3 ABŞ-a məxsus sualtı qayıq keşik çəkir. Onlar atom-zərbə qayıqları hesab olunur. Həmçinin 8 sentyabrda əraziyə Böyük Britaniyanın "Telent" gəmisi daxil olub.

Bununla yanaşı, bölgədə Suriya hakimiyyətinin dəvətilə İran və Rusiya hərbi qüvvələri də var. Rusiya tərəfi bölgədəki qərb qüvvələrini “çağırılmamış qonaqlar" adlandırır. Hazırda bölgədə ən gərgin vəziyyət İdlibdədir.

Tarix: 18-09-2018, 09:31
Xəbəri paylaş





Xəbər lenti