Qarabağ münaqişəsi ermənilər üçün nə deməkdir?..


Ermənilərin sosium olaraq davranışını K.Q.Yunqun “kollektiv patologiya”lar hipotezilə yozmağa meylli olsaq da, ən azı ənənəvi siyasi sxemlərə bir sayğı əlaməti kimi bəzi detalları da qeyd etmək lazım gəlir, çünki sırf psixoloji amillərin politologiyaya gətirilməsi həmişə müəyyən tərəddüdlərə və hətta mübahisələrə səbəb olur, ona görə ki, hətta homoseksualizmi artıq xəstəlik saymayan Dünya əhlinə ermənilərin də eynilə xəstə cəmiyyət olduğunu başa salmaq elə də asan məsələ deyil...

Bu səbəbdən də standart politoloji sxem hüdudlarında bir suala cavab verməyə çalışacağıq: Qarabağ münaqişəsi ermənilər üçün nə deməkdir və bu münaqişə onlar üçün hansı məzmun kəsb edir?

Suala cavab verməkçün bir qədər keçmişə qayıtmaq və çox mühüm detalı qeyd etmək lazım gəlir: Azərbaycan və Gürcüstandan fərqli olaraq bu ölkədə milli azadlıq hərəkatı olmamışdı, bunlarda elə lap əvvəldən də özlərinin “miatsum” adlandırdıqları, yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi çox sərsəm bir “ideya” üstünlük təşkil etmiş, bütün mitinqləri və xəstə çabaları da məhz bu mövzuda olurdu.

Ona görə də hətta indinin özündə belə müstəqillik bunlar üçün elə bir önəm kəsb etmir və bəlkə də keçmiş sovet ölkələri arasında ən az dövlət müstəqilliyi olan Ermənistandır.

Bu da bir daha deyirik ki, məhz onun nəticəsdir ki, cəmi sovet respublikaları müstəqillik uğrunda çarpışanda bunlar  “Qarabağ” qışqırır və nəyin bahasına olursa olsun, bu sərsəm “ideya”larını reallaşdırmaq yollarını arayırdılar. Əldə etdikləri müstəqillik atributları da sovet məkanında gedən ümumi proseslərin dalğasında, necə deyər, ümumi bir fonda mümkün oldu.

Ona görə də indi “Niyə Paşinyan da belə edir?” kimi suallara cavab verərkən öncə bu amili nəzərə almaq lazımdır. Üstəlik, artıq Dağlıq Qarabağ münaqişəsi Ermənistanın “dövlət” kimi mövcudluq şərtinə çevrilibdir–bunsuz nə Rusiyanın himayəsini qazanmaq mümkündür, nə də Dünyadakı erməni diasporunun sədəqələrini toplamaq. Bunların isə  hər ikisi, hətta diasporun yardımları belə, balaca Hayastan üçün olduqca vacibdir–diasporun sədəqələri erməni cəmiyyətinin olmasa da, hər halda, ölkənin “siyasi elita”sının problemlərini həll edə bilir.

Nəhayət, gələk, xüsusi olaraq N.Paşinyan cənablarının davranışına. Desək, “məxməri inqilab”dan sonra bizdə heç bir ümid yaranmamışdı–bu, sözsüz, səmimi olmaz. Biz də sanırdıq ki, kölgədəki qüvvələrin, Qarabağ siyasi klanına qarşı qalxan siyasi cinahın bir komponenti də Ermənistan Milli Konqresi və təbii ki, onun lideri olan eks-prezindent L.Ter-Petrosyandır.

Düşünürdük ki, N.Paşinyanın özünün bəzi məsələlərdə ağılı yetərli olmasa da, hər halda, -Ter Petrosyan ona təsir edə və hətta yardımçı ola bilər. Amma onlar arasında artıq bir dəfə görüş-məsləhətləşmə baş tutsa da, hələki biz Paşinyanın davranışında rasional elementlər sezmirik. Bəs niyə erməni baş naziri belə edir?

Əvvəldə dediklərimizin hamısı Paşinyana da aiddir. Amma bundan savayı da məqamlar var. Birincisi, Paşinyan böyük siyasətdən və xüsusi olaraq da xarici siyasətdən və diplomatiyadan uzaq bir adamdır.

İkincisi, belə bir deyim var ki, it həm də ona görə hürür ki, özü də qorxur – bu baxımdan N.Paşinyan da təlaş içindədir, Qarabağa tez-tez səfərlər etsə də Qarabağ hərbi teatrına hələki kriminal Qarabağ hərbi klanı nəzarət edir və onlar istənilən bir vaxt Paşinyan üçün fors-major situasiya yarada bilərlər.

Üçüncüsü, N.Paşinyanın əsas rəqibi Dağlıq Qarabağ siyasi klanıdır və o, bu klanı özü üçün zərərsizləşdirmək istəyir. Ona görə də özünü elə göstərməlidir ki, Qarabağ məsələsində Koçaryandan və ya Sarkisyandan az patriot deyil.

Əsas motivlər əlbəttə ki, budur. Amma əvvəldə yazdıq ki, “kollektiv patologiya”lar deyilən bir nəzəriyyə də var. Bu prizmadan çıxış edəndə “Paşinyan niyə belə edir?” sualının da bir cavabı var: ona görə ki, o, da  ermənidir...

Bu adam da illərlə sərsəm erməni miflərilə böyüyüb– bunu erkən olaraq məktəbdə, daha sonra institutda, sonra isə bütün ictimai və siyasi  karyerası boyu eşidib; güman ki, o, da bir xeyli Qarabağ şüarları, vədləri qışqırıbdır ki, insanlar ona yaxşı əl çalsınlar, səs versinlər və s. və i.

Amma ortada bir məsələ də var: axı ayrı–ayrı insanlar, hətta bütöv cəmiyyətlər yanıla bilərlər. Necə ki, vaxtilə almanlar yanılmışdı və bu gün həmin illəri hətta xatırlamaq belə istəmirlər, çünki utanırlar. Bəlkə nə vaxtsa ermənilər də bu vəziyyətə gələcəklər. Hələliksə erməni faşizmi indi-indi sürət yığır; bunlar indi Njdeyə heykəl qoyurlar.

Aydın məsələdir ki, bunların burnu bir daha ovulacaq, çünki tarixin qisası deyilən bir fenomen də var; tarixini unudanlar və yaxud da ondan düzgün nəticə çıxarmayanlar onu təkrar yaşamalı olurlar...

Hüseynbala Səlimov
Tarix: 22-09-2018, 14:49
Xəbəri paylaş





Xəbər lenti