Qulağımızın dibində terror: Tramp İran ssenarisinə İŞİD-lə başladı - ən son gəlişmələr



 

İranın ərəblərin kompakt yaşadığı Əhvan şəhərində keçirilən paradda terror ilk siqnal hesab oluna bilər. Anaxeber.info yazır ki, Trampın oktyabrda İranı vuracağı ilə bağlı bəyanatının simptomları müşahidə olunmağa başlayır.
Və bu terrorun məhz İran-İraq müharibəsinin ildönümünə həsr olunmuş parada təsadüf etməsi kifayət qədər ciddi ssenarinin startı kimi qiymətləndirilir.
Belə güman oluna bilər ki, İranın bombardman olunması yox, içindən dağıdılması, terrorçu şəbəkələrin aktivləşməsi variantına gedilə bilər.
Əhvan şəhəri İranın Xuzistan ostanına aiddir. Bu bölgədə əsasən ərəblər yaşayırlar. Terroru üzərinə götürən İŞİD silahlı təşkilatının da bu regionda fəallaşması coğrafi və etnik amillərlə əlaqədardır.
Ərəblərin terror üçün xammala çevrilməsi, İŞİD qruplaşmasının avanqardının onlardan ibarət olması, sünni təriqətçiliyi şiə İranı parçalamaq üçün ən münasib qüvvədir.
Bununla da, Trampın oktyabrda İrana hücum planının Əhvandan başladığının, ölkənin Suriyaya çevirmək niyyəti olduğunun işartıları görünməkdədir.
Bu halda isə regionda ola biləcək qorxulu müharibə və böhran Azərbaycana ən ağır təsirlərini göstərə bilər. Çünki qulağımızın dibində paradda İŞİD terror törədir.
Belədə Azərbaycana qaçqın axını olacağı, ölkənin istəmədən proseslərin içinə düşəcəyi şübhə doğurmur. İranın xarici işlər naziri Cavad Zərif “Tvitter” hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.
İranın ali dini lideri ayətulla Əli Xamenei iddia edir ki, Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.
Bu barədə Xameneinin saytına yerləşdirilən məlumatda bildirilir. “Əhvazdakı dəyərli vətəndaşlarımızın öldüyü və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran milləti düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi.
Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir”, — deyə Xamenei bəyanatında bildirib.
İran prezidenti Həsən Ruhani hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Şatları və onun Körfəz bölgəsindəki müttəfiqlərini günahlandırıb.
BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl Tehranda danışan Ruhani deyib ki, Amerika dünyanın qalan hissəsinə münasibətdə özünü xuliqan kimi aparır.
İran prezidenti ölkəsinin hücuma cavabının qanuna və milli maraqlara uyğun olaraq veriləcəyini bidirib. Ruhani ABŞ-ın öz təcavüzkarlığına görə təəssüf edəcəyini deyib.
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranın şənbə günü hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Ştatlar və onun Körfəz bölgəsindəki müttəfiqləri ilə əlaqədar ittihamlarını rədd edib və Tehranın ölkənin özünə baxmalı olduğunu deyib.
“Ruhani öz xalqına uzun zamandır zülm edir və bunun haradan gəldiyini anlamaq üçün öz bazasına baxmalıdır. İran xalqı bezib və bunun hamısı buradan gəlir. O bizi hər şeydə günahlandıra bilər. Amma onun güzgüyə baxması lazımdır”, Nikki Heyli CNN telekanalına müsahibədə bildirib.
İctimai mühitdə ABŞ və İran arasında siyasi-diplomatik manevrlər İranın energetika sektoruna yönəlik növbəti Amerika sanksiyaları zərfinin qüvvəyə minəcəyi 4 noyabr ərəfəsində gedir. Və ola bilsin, ayətullah Xamenei prezident Ruhaninin BMT-yə səfəri ərəfəsində onu amansız daxili tənqid zərbələri altından  təsadüfən çıxarmayıb.
İstina olunmur ki, Tramp Baş Assambleyanın sessiyasında Tehranın ünvanına tənqidlə çıxış etmək niyyətində olduğu Nyu-Yorkda “qeyri-rəsmi manevr” edəcək və İran strategiyasında hansısa dəyişikliklərə işarə etmək üçün “təsadüfən” Ruhaniylə rastlaşacaq.
Hətta AB-nin rəsmi təmsilçiləri əvvəllər bildiriblər ki, Amerikanın İrana qarşı sanksiyalarının təsirini yumşaltmaq üçün bir sıra tədbilər üzərində işləyirlər.
Hələlik isə bir şeyi qeydə almaq olar: Vaşinqton və Tehran arasındakı qarşılıqlı münasibətlərdə çoxunun dərin və əsasən, çətin üzə çıxarılan səbəbləri olan xeyli düyünlər tarım çəkilib.
Anaxeber.info
Tarix: 24-09-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti