Lukaşenkonun ölümcül “Polonez”lərinin yeni partiyası Bakıda



Belarusdan alınan 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib.

** 10:36

Belarus “Polonez” raket komplekslərinin daha bir batareyasını bu günlərdə Azərbaycana yola salıb. Virtualaz.org xəbər verir ki, bunu “Army Recognition” nəşrinə Bakıdakı ADEX 2018 müdafiə sərgisində iştirak edən Belarus nümayəndə heyətindəki mənbə bildirib.

Azərbaycan Belarusdan 10 "Polonez" raket komplekslərinin alınmasına dair müqavilə bağlayıb. Bu komplekslərin birinci partiyası 2018-ci ilin yazında Azərbaycana çatdırılıb.

Belarus “Polonez” raket komplekslərini sərgidə nümayiş etdirir. Lakin nəqliyyat xərclərini nəzərə alaraq onları Belarusdan gətirməyiblər, Azərbaycan Müdafiə Nazirliyindən müvəqqəti alıblar.

“Polonez” komplekslərinin baza variantı Çinin A200 raketləri ilə təchiz olunub. Amma kompleksin son modifikasiyasında Belarus istehsalı olan raketlərdən istifadə olunur.

“Yeni raketin bütün komponentləri, o cümlədən hədəfə yönləndirmə sistemi Belarusda istehsal olunub, raket mühərriki istisna olmaqla. Hazırda biz xarici mühərrikin əvəzlənməsi üzərində işləyirik”-mənbə deyib.

“Polonez” raket kompleksləri 8 yüksək dəqiqlikli raket daşıyır. Bu raketlər 200 və 300 kilometr məsafədə hədəfləri vurur. Kompleks MZKT-7930 şassisi üzərində yerləşdirilib, bu maşın saatda 70 kilometr sürətlə 1000 kilometr dayanmadan yol qət edə bilər. “Polonez” həm adi, həm idarəolunan raketlərlə təchiz edilə bilir. MİLEX 2017 sərgisində bu kompleks üçün birpilləli, bərk yanacaqlı M20 raketi nümayiş olunub. Bu raketin uzunluğu 8 metr, ağırlığı 4 tona yaxın və atəş məsafəsi 280 kilometrdir. Raketin döyüş başlığı 480 kiloqramdır. M20 raketi ola bilsin Çinlə birlikdə işlənib hazırlanıb.

Tarix: 27-09-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti