Baş prokuror: "Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə 96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb"


"Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhəri üzrə ciddi yoxlamalara başlayıb. Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə 96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

O qeyd edib ki, toplanmış faktlar prokurorluq orqanlarına göndərilib.

Z.Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar davam etdirilir.

Tarix: 28-09-2018, 13:58
Xəbəri paylaş





Xəbər lenti