Biz Bakıda mitinqdə qışqıranda SaakyanKƏLBƏCƏRDƏ ARXAYINCA MÜŞAVİRƏ KEÇİRDİ...



Saakyanları, Paşinyanları Bakıdan arxayın salanlar kimlərdir?..



Dünən sentyabrın 29-da 3-cü onillikdir ki, torpaqlarımızın 20 faizinə faktiki nəzarət edən qondarma separatçı rejimin oyuncaq lideri Bako Saakyan növbəti dəfə dağlar gözəli Kəlbəcərin qoynuna girərək orada işgüzar müşavirə keçirib. 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər xəbər yayıb. B.Saakyan “Şaumyan rayonunun mərkəzi Karvaçar” adlandırdıqları Azərbaycan şəhərindəki yığıncağında “rayon” rəhbərliyi və məmurlarla müharibə haqqında danışmayıb. Separatçı lider əsasən “rayon”un problemlərindən və  sosial-itqisadi inkişaf perspektivlərindən bəhs edib...
P.S. B.Saakyan Kəlbəcərdə arxayınca müşavirə keçirəndə bizlər – minlərlə torpaqsevər Bakıda “Məhsul” stadionunda “Qarabağ!”, “Qarabağ!” qışqırırdıq... 

P.P.S. Bəs Saakyanı,Paşinyanı arxayın salan nə idi, kimlər idi?.. Əvvəla, bilir ki, ATƏT-in Minsk Qrupuna başçılıq edən Rusiya, ABŞ, Fransa heç  bir halda Ermənistanın arxasından çəkilməyəcək... Onlar həm də neft-qaz kəmərlərinin sabit şəkidə işləməsini istəyirlər... Ona görə də İrəvandan Qarabağa gələn vertolyotların, Qarabağda uçan hərbi təyyarələrin-filanın vurulmasına da yol verməyəcəklər... İkincisi, erməni liderlər arxayındır  ki, özü kimi sovetlərdən bəri Rusiyaya xidmət edən qurdlanmış partokrat-“KQB” nomenklaturasının müstəqil(!) Azərbaycanda qurduğu azğın korrupsioner şəbəkə və onun 1988-ci ildən bəri bütün hərəkat, partiya, QHT-filanların içində özünə etibarlı yer eləmiş təxribatçı agenturası Qarabağ mitinqlərinin 30 il öncəki kimi Azadlıq meydanında keçirilərək ümumxalq səviyyəsinə qaldırılmasına imkan verməyəcək...  Üçüncüsü, haylar gözəl bilir ki, eyni şəbəkənin yetişdirdiyi, maliyyələşdirdiyi və  milli dəyərlərə zərbə vurduqları üçün Qərbdən də dəstəklənən, telekanallarda at oynadan antimilli, abırsız, həyasız, əxlaqsız şou əhli kütlələrin başını  bayağı konsert və məişət söz-söhbətləri ilə qataraq Qarabağın azadlığı haqda düşünməyə imkan verməyəcək...

Sultan Laçın 
Tarix: 30-09-2018, 10:34
Xəbəri paylaş





Xəbər lenti