Armen Sarkisyan: “Ermənistan və Azərbaycan Qarabağ üzrə nəticə əldə etməlidirlər”


Ermənistan və Azərbaycan səy göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə düzgün yanaşma – danışıqlar, nəinki qüvvədə qalsın, həm də real nəticəyə gətirib çıxarsın. Bunu Gürcüstanın “Starvision” telekanalına müsahibəsində Ermənistanın prezidenti Armen Sarkisyan deyib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın qarşıdurması çərçivəsindən kənara çıxa bilər.

“Cənubi Qafqazda xeyli silah toplanıb, - Sarkisyan deyir. – Qarabağ mövzusu yalnız Ermənsitan və Azərbaycan üçün deyil, həm də bütün region üçün vacibdir. Bu problemion həlli nəzəri olaraq müxtəlif yollarla ola bilər. Lakin mənə belə gəlir ki, yalnız bir yol realdır”.

Ermənistan prezidentinin sözlərinə əsasən, söhbət danışıqlar yolundan gedir.

Tarix: 30-09-2018, 23:16
Xəbəri paylaş





Xəbər lenti