Meriyada inventarlaşma və yoxlamalara başlanılıb


Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılmışdır. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaqdır.

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

Tarix: 2-10-2018, 14:11
Xəbəri paylaş





Xəbər lenti