Bakıda maşınlar saatda 6 km sürətlə hərəkət edir - Tıxaca görə

            Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.
Siam.az  Trend-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə Moskva prospektindən mərkəzə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 6 km sürətlə hərəkət edir.
O cümlədən Tbilisi prospekti - Şəfayət Mehdiyev ilə kəsişməsi istiqamətində, Azadlıq prospekti - Karl Marks dairəsi istiqamətində, Səməd Vurğun küçəsi - Zorge parkı istiqamətində, Afiyəddin Cəlilov - Yusif Səfərov ilə kəsişməsi istiqamətində sıxlıq müşahidə edilir.
Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.
Tarix: 5-10-2018, 10:30
Xəbəri paylaş





Xəbər lenti