"Cəmil Quliyev dövlətin pulunu tumsuz alma kimi basıb yeyirmiş..."





Hesablama Palatası İctimai Televiziyanın 2017-ci il və 2018-ci ilin birinci yarım ilini əhatə edən fəaliyyətini yoxlayıb və çoxsaylı maliyyə pozuntuları aşkar edib. Bu pozuntular Hesablama Palatasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı auditi zamanı ortaya çıxıb. Söhbət 17 milyon 229 min manatlıq vəsaitdən gedir.

“Alma almaya bənzər” filmində Cəmil Quliyevin obrazlaşdırdığı Kərimovun yediyi almadan tum çıxmır. Müəllimə deyir: “Dələduz, almanı toxumları ilə birgə yemisən?”

Bundan sonra Kərimov otağı tərk edib, dəhlizdə pəncərədən çölə baxır. Ona yaxınlaşan müəllimə deyir: 

“Kərimov, bəxtimiz gətirdi, biz bu möcüzəni gözümüzlə gördük”.

Biz indi də möcüzəni gözümüzlə gördük. Cəmil Quliyev dövlətin pulunu o tumsuz alma kimi basıb yeyirmiş.

Etibar Əliyev, fəlsəfə doktoru
Tarix: 7-10-2018, 14:50
Xəbəri paylaş





Xəbər lenti