Nikol Paşinyan: "Qarabağ münaqişəsinin həlli olduqca uzaqdır"



Erməni baş nazir qondarma “DQR”-in danışıqlarda tərəf kimi iştirak etməsi məsələsində israr edir

“Qarabağ münaqişəsi Qarabağ hakimiyyətinin (qondarma "DQR"-in-red.) danışqılar prosesinə cəlb olunmadığı müddətcə həll oluna bilməz”.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputat Şirak Torosyanın sualına cavab verərkən söyləyib.

Onun sözlərinə görə, Qarabağın yerli hakimiyyətinin (oyuncaq rejim-red.) və xalqı (erməni icması-red.) müzakirələrə dəvət olunmaması tərəflərin münaqişənin həllinə yanaşmadığı anlamına gəlməlidir.

“Mən Qarabağın deyil, Ermənistanın maraqlarını təmsil edə bilərəm”, - Paşinyan bəyan edib.

Nikol Paşinyan Ermənistan iqtidarında Qarabağ məsələsini gizli həll etməyə çalışan adamların olması barədə gəzən şayiələri təkzib edib. Onun fikrincə, istənilən hakimiyyət dövründə Qarabağ münaqişəsinin həllinə çalışan insanlara inamsızlıq faktoru mütləq mövcud olacaq.


Tarix: 24-10-2018, 16:04
Xəbəri paylaş





Xəbər lenti