“ABŞ BU QƏTL BARƏDƏ MƏLUMATLI İDİ” - POLİTOLOQ


“ABŞ BU QƏTL BARƏDƏ MƏLUMATLI İDİ” - POLİTOLOQ



Nəzakət Məmmədova: “Səudiyyə cəsarət edib ABŞ-dan icazəsiz jurnalisti o cür qəddarlıqla qətlə yetirə bilməzdi”   ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsinə dair prezident Rəcəb Təyyub Ərdoğanın verdiyi açıqlamaları dəyərləndirib. Tramp “Ərdoğanın Səudiyyə Ərəbistan ilə bağlı açıqlamaları olduqca sərtdi. Ərdoğanın sözlərini istintaq nəticəsini görəndən sonra qiymətləndirəcəyəm”, - deyib.

Prezident D.Tramp “Ərdoğanın sözlərini istintaq nəticəsini görəndən sonra qiymətləndirəcəyəm”, desə də, dövlət katibi Pompeo “ABŞ rəhbərliyi olaraq əldə etdiyimiz məlumatlar işığında Kaşıkçının ölümünə qarışdığından şübhələndiyimiz Səudiyyə Krallığı, Xarici İşlər Nazirliyi, kəşfiyyat və digər nazirliklərə bağlı bəzi Səudiyyə rəsmilərinə viza ləğvi, viza qadağası və digər sanksiyalar tətbiq edəcəyik”,- deyib.

Pompeo həmçinin müəyyən olunan şəxslərə ABŞ Xəzinə Nazirliyi ilə birlikdə “Qlobal Magnitski İnsan Haqları Məsuliyyət Qanunu” çərçivəsində sanksiya tətbiq olunmasını da dəyərləndirdiklərini bildirib. Alınan sanksiya qərarlarının bununla yetinməyəcəyini və gələn yeni məlumatlar işığında müxtəlif sanksiyalar tətbiq etməyə davam ediləcəyini qeyd edən Pompeo “ABŞ Kaşıkçının susdurulması üçün edilən bu qəddar hərəkətə razı olmayacaqdır”,- deyə söyləyib.

Artıq dünən ABŞ Dövlət Departamenti Kaşıkçı cinayətiylə bağlı Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Sanksiyalar siyahısına Kaşıkçının ölümündə şübhəli bilinən 21 nəfər daxil edilib. Bu şəxslərin vizalarının ləğv ediləcəyi və ABŞ-a girişlərinin qadağan olunduğu vurğulanıb.

Maraqlıdır ki, ABŞ prezidenti D.Tramp “Ərdoğanın sözlərini istintaq nəticəsini görəndən sonra qiymətləndirəcəyəm” deyir, hadisəyə qiymət vermək istəmir. Amma artıq ABŞ hökuməti Səudiyyə Ərəbistanına qarşı müəyyən sanksiyalar tətbiq edir. Görəsən prezident D.Tramp niyə hələ hadisəyə qiymət vermək istəmir?

“Tramp hər bir şeyə biznes adamı kimi baxır”

ABŞ prezidentinin açıqlamsı ilə bağlı politoloq Nəzakət Məmmədova “Hürriyyət”ə dedi ki, Kaşıqçı Trampın əleyinə olan qüvvələrlə əməkdaşlıq edib: “O, “Vaşinqton post” qəzetinin köşə yazarı olub. “Vaşinqton post” qəzeti də ən çox Trampı tənqid edən, ona qarşı mövqe tutan bir qəzetdir. Bu baxımdan, daha çox keçmiş administrasiyaya yaxındır. Bir səbəb bu, ola bilər. Digər tərəfədən Amerikada konqresmenlər, senatorlar Trampa məktub göndəriblər və ABŞ-ın Səudiyyə Ərəbistanına silah satmasına qarşı çıxdılar. Yəni Trampdan tələb etdilər ki, Amerika Səudiyyəyə silah satışını dayandırsın. Amma Tramp hər bir şeyə biznes adamı kimi baxır. Ona görə, Tramp dedi ki, hələ biz bu məsələyə görə Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilmərik. Çünki hər il 110 milyard dəyərində Səudiyyə Ərəbistanı ABŞ-dan silah alır. Amerikanın əsas gəlir mənbələrindən biri elə Səudiyyə silah satışından əldə etdiyi gəlirdir. Buna görə də Tramp konqresmenlərin təklifini qəbul etmədi və silah satışı məsələsinə embarqo qoyulmasına qarşı çıxdı. Yəni dediyimiz kimi, Trampın yanaşmasında həm şəxsi motivlər var. Çünki Kaşıqçı Trampı tənqid edən qəzetin, ona qarşı olan siyasi qüvvələrin adamıdır. Ona görə, Tramp buna qarşı çıxdı”.

N.Məmmədova hesab edir ki, Səudiyyə ilə əlaqələri dondurmaq Trampa sərf etmir: “Çünki Amerika oradan milyardlarla gəlir götürür. Ən əsas səbəb isə ondan ibarətdir ki, 2019-cu ilin yanvarında Amerika Yaxın Şərqdə “Ərəb NATO-su” və yaxud da “Sünni Ordusu” yaratmaq istəyir. Yəni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ABŞ və İsrailə yaxın olan qüvvələrdən ibarət bir ordu yaratmaq istəyirlər. Bunu isə şiə İranına, Türkiyəyə qarşı Suriyada, Yaxın Şərqdə istifadə etmək istəyir. Belə bir planlar olduğuna görə də ABŞ Kaşıkçıya görə Səudiyyə ilə münasibətlərini pisləşdirmək istəmir”.

“Amerikada hansı qrupun çəkisi artıqdırsa, onun da dediyi olur”

“Amerika deyəndə biz Amerikanı vahid bir mərkəzdən idarə olunan dövlət kimi təsəvvür etməli deyilik. Amerikada demokratiya olduğuna görə bu dövlət yaranandan bəri orada müxtəlif siyasi qruplar var. Bu qruplar həm də xarici siyasət məsələsinə fərqli yanaşırlar. Buna biz dini, ideoloji nöqteyi-nəzərdən yanaşsaq, burada hazırda sionistlər, qlobalistlər, yevangelistlər və katoliklər var. Hazırda ABŞ xarici siyasətini bunlar yönləndirilər. Sionsitlərin ən parlaq təmsilçisi Trampın kürəkəni Kuşnerdir, yəhudilərin nümayəndəsidir. Pompeo ozü yevangelistlərdəndir. Katoliklər isə daha çox Pentaqonda güclüdürlər. Tramp özü isə qlobalistlərin nümayəndəsidir. Bunların hərəsinin xarici siyasət məsələsinə münasibətdə öz yanaşması var. Hazırda sionistlərlə qlobalistlər birləşiblər. Yəni Tramp və onun ətrafı kürəkəni Kuşnerlə birləşiblər. Onlar katoliklərə qarşıdırlar. Katoliklər də Penataqonda və Mərkəzi Kəfiyyat İdarəsində olan qüvvələrdir. Baxmayaraq ki, Tramp prezidentdir, Pompeo özü də zəif firqur deyil. Simvolik olaraq orada “şahinlər” və “göyərçinlər” var. “Göyərçinlər” yumşaq xarici siyasət aparanlardır. “Şahinlərin” hansı ki, nümayəndəsi Pompeo özüdür. Hazırda dövlət Departamentində də “şahinlərin” rolu güclənib. Bunlar sərt xarici siyasət tərəfdarlarıdır. Yəni hansı yolla olur, olsun ABŞ-ın maraqlarının tətbiqinin, o cümlədən də sanksiyaların tərəfdarlarıdırlar. Fikir verirsinzsə, Səudiyyə qarşı Tram daha tərədüd edir, çəkingən mövqe tutur, yəni məsələni yumşaq vasitələrlə yola verməyə çalışır. Amma onun ətrafı Trampdan fərqli mövqe tutur. Çünki Pompeo, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, Bolton Trampın ətrafında olan “şahinlərdir”. Dediyim kimi, xarici siyasətin sərt xətt tərəfdarlarıdır. Ona görə də Trampla onların daimi fikir ayrılıqları müşahidə olunur, mübarizələri gedir. Xatırlayısınzsa, Tramp Suriyada PYD/YPG-yə verilən silahın yığılmasının tərəfdarıdı idi, Fətullah Gülənin qaytarılması ilə bağlı Ərdoğana söz vermişdi ki, mən bu məsələyə baxa bilərəm. Amma Trampın ətrafındakı Pentaqondakı o “şahinlər” və yevangelistlər Trampa imkan vermirlər ki, Ərdoğanla dil tapsın və yaxud Yaxın Şərqdə daha yumşaq siyasət olsun. Nəticədə Tramp məcbur oldu, geri çəkildi. Nə Güləni təhvil verdi, nə də PYD/YPG ilə ABŞ-ın münasibətləri dayanmadı. Yəni bilmək lazımdır ki, ABŞ-ın xarici siyasəti sərt xətt və yumşaq xətt tərəfdarlarının, yəni “göyərçinlərin” və “şahinlərin” mübarizəsi xarici siyasəti bir az anlaşılmaz edir. Tramp bir addım atır, Konqres bir cür fikir deyir. Əslində, bu demokratiyanın göstəricisidir. Hakimiyyət bir əldə cəmləşməyib. Əgər hakimiyyət bir insanın iradəsindən asılı olsayd, o demokratiya olmazdı. ABŞ demokratiyasının özəlliyi də ondadır ki, müxtəlif qruplar qərarların verilməsinə, ABŞ xarici siyasətinə təsir göstərirlər. Orada hansı qrupun çəkisi daha artıqdırsa, onun da dediyi kimi olur”,-deyə politoloq qeyd etdi.

“ABŞ Türkiyənin rolunu Səudiyyəyə verir”

N.Məmmədova vurğuladı ki, Səudiyyə Ərəbistanı ABŞ hazırda körfəzdəki ən dəyərli müttəfiqidir: “Bilirik ki, Türkiyə Ameika ilə münasibətlərdən uzaqlaşıb. Əvvələr Yaxın Şərqdə İsraildən sonra ABŞ-ın ən yaxın müttəfiqi Türkiyə idi. Artıq Türkiyə o roldan imtina edib, onun yerini Səudiyyə tutmağa çalışır və ABŞ da o rolu Səudiyyəyə verir. Səudiyyəni artıq vəhabbiliyi yayan, radikal bir dövlətdən modern, demokratikləşməyə doğru aparırlar. Xatırlayırsınısa, vəlihəd Məhəmməd ibn Salman elan etdi ki, biz radikal İslamdan imtina edirik, mülayim İslama keçirik: “Vəhabbiliyi bizə məcbur edirlər, biz əslində, bu ideolgiyanın tərəfdarı deyilik”. Bununla Səudiyyənin Yaxın Şərqin modern, demokratik bir dövlət imicini yaratmaq istəyirlər. Artıq Türkiyə ABŞ-ın müttəfiqi olmadığı üçün onun yerini Səufiyyənin tutmasını istəyirlər. Ona görə, Səudiyyə o dini cərəyandan imtina etdi. Bu baxımdan, Səudiyyə ilə Amerikanın qırılma nöqtəsinə gəlməsi inadırıcı deyil”.

“Türkiyənin də bu qalmaqalda adını hallandırmaq istəyiblər”

N.Məmmədova diqqətə çatdırdı ki, Səudiyənin böyük neft ehtiyaları var: “OPEK-in ən aparıcı ölkəsidir. Amerika Səudiyyə ilə münasibətləri kəskinləşdirsə, o zaman Səudiyyənin də əlində təzyiq vasitəsi var. Dünya bazarında neftin qiymətini qaldırar və Amerikanın sənayesinə çox ağır zərbə vurar. Ona görə də Səudiyyə ABŞ-a lazımdır. Ona görə qırılma nöqtəsi olamayacaq. Sadəcə, bu məsələlər Səudiyyəni güzəştlərə məcbur etmək məqsədi daşıyır. Yəqin ki, ABŞ bu qətl barədə məlumatlı idi və Səudiyyə də cəsarət edib, ABŞ-dan icazəsiz ABŞ-da nüfuzlu olan “Vaşinqton post” kimi bir qəzetin köşə yazarı olan bir adamı o cür qəddarlıqla qətlə yetirə bilməzdi. Yəni bu cəsarəti özündə tapa bilməzdi. Çox güman ki, ABŞ-dakı müəyyən qüvvələr bunu təhrik ediblər, onu məhz Türkiyədəki konsulluğa yönləndiriblər. Çünki Türkiyənin də bu qalmaqalda adını hallandırmaq istəyiblər. Səudiyyə ilə Türkiyəni üzbəüz qoymaq istəyirlər. Ona görə ki, hadisə Türkiyə ərazisində baş verib. Türkiyə istər-istəməz cinayəti araşdırmalıdır və Səudiyyə ilə üz-üzə gələcəklər. Yəni bu qətl planlaşıdırılmış, məqsədlidir, təsadüfi bir qətl deyil. Burada bəzi qüvvələrin məqsədi Türkiyə-ABŞ-Səudiyyəni üz-üzə qoymaqdır. Amma qırılma nöqtəsi olmayacaq. Çünki bir şəxsin qətlinə görə bunu etmyəcəklər”.

“Məqsəd Səudiyyədən güzəşt qoparmaqdır”

Politoloq xatırlatdı ki, 11 sentyabrda Amerikada “əkiz qüllələri” partladan Səudiyyə vətəndaşları idi: “Amma Amerika Səudiyyəni yox, getdi Əfqanıstanı bombardman etdi. Məntiqlə Səudiyyə vətəndaşları ABŞ-da terror törətmişdirsə, ABŞ Səudiyyəni bombardman etməliydi. Bəhanə etdi ki, guya, onlar Əfqanıstana qaçıblar. Baxmayaraq ki, ABŞ-da böyük terror oldu, ABŞ buna göz yumdu. Yəni Kaşıqçı hadisəsi 11 sentyabr hadisəsindən daha artıq hadisə deyil. Əgər ABŞ 11 sentyabrda Səudiyyəyə bir sanksiya tətbiq etmədisə, təzyiq göstərmədisə, bu dəfə də bir ərəbə görə onu edəsi deyil. Üstəlik də Trampa qarşı olan adam olub. Sadəcə olaraq burada məqsəd Səudiyyədən güzəşt qoparmaqdır. Həmin dövrdə 11 sentyabr hadisəsinə görə ABŞ Səudiyyəyə ona görə sanksiya tətbiq etmədi ki, Səudiyyə kralının ailəsinə məxsus 750 milyard dollar pulu ABŞ-da dondurdu. O pulu kompensasiya kimi müsadirə etdi. Yəni ki, sənin vətəndaşın mənim ərazimdə terror edib, mən də edə bilərəm, amma mən etmirəm: “Onun əvəzində 750 milyard dollardan imtina et”. Səudiyyə kral ailəsi də fikirlərşdi ki, biz razı olmasaq, ABŞ bizi tamamilə devirəcək, yeni bir sülaləni hakimyyətə gətirəcək, biz hakimiyyəti tamam itirəcəyik. Amma 750 milyard dollardan imtina etməklə, yenə də hakimiyyəti əlimizdə saxlamış oluruq. Ona görə, o vaxt razılaşmışdılar”.

“İran məsələsinə görə Səudiyyə ABŞ-a daha çox lazımdır”

“İndi yenə də ABŞ sui-qəsdlərdən istifadə edib, qarşıdakı dövləti özündən asılı salmaq, güzəştə məcbur etmək istəyir. İndi də Səudiyyəni güzətə məcbur edəcəklər. İndi neftin dünya bazarında ucuzlaşması üçün bunu edə bilərlər. Çünki İran faktoru var. ABŞ hazırda İranı sıxışdırmaq istəyir. Əgər Səudiyyəni müttəfiq kimi itirsə, onda neft bazarından məhrum olar, axı. Yəni İranı sıxışdırıb, Səudiyyə İranın əvəzinə dünya neft bazarına daha çox neft çıxarır. Amma Səudiyyəni itirsə, nefti dünya bazarına kim çıxaracaq? Ona görə, indi İran məsələsinə görə Səudiyyə ABŞ-a daha çox lazımdır. Yəni Səudiyyə ilə qırılma olmayacaq. Sadəcə təzyiq olacaq. Sanksiyalar da ola bilər”,-deyə politoloq əlavə etdi.(Hurriyyet.org)

 

Tarix: 25-10-2018, 22:10
Xəbəri paylaş





Xəbər lenti