Abşeron rayonunda ictimai aktiv şəxslər “cəryan” və “zibillə” cəzalandırılır!

 




Abşeron rayonunda o cümlədən Masazır qəsəbəsində sakinlərin sosial problemlərin həlli barədə şikayətləri öz həllini tapmamışdır. Qəsəbədə mütamadi olaraq işığın, qazın kəsilməsi, içməli suyun yararsızlığı qəsəbədə böyük sosial problem olaraq qalmaqdadır.

Səriştəsiz, bacarıqsız və nəhayət ki, savadsız və təhsilsiz şəxslərin rəhbərliyi nəticəsində idarəçiliyin yox dərəcədə olması, təminatçı qurumların fəaliyyətsizliyinin əsas səbəbləridir. Bəzi rəhbər vəzifədə olanlar 50-60 yaşında formal ali təhsil almağa başlayıblar.

Rayonun sosial məsələlərinin həllinə çalışan ictimai aktiv sakinlərə hədə-qorxudan başlamış təzyiqlərlə yanaşı həmin sakinlərə digər süni əngəllər yaradılır.

Prezident təqaüdçüsü, Yazıçılar birliyinin üzvü, Jurnalistlər və Aşıqlar birliyinin üzvü, 6 kitab müəllifi Tural İrfana qarşı ictimai aktivliyinə görə hədə-qorxu davam etdirilir və hətta onun yaşadığı küçədə ona qarşı müxtəlif cinayət əməllərinə cəhd edilir. Bu günlərdə isə yazar-şair “CƏRYAN TƏHLÜKƏSİ”nə məruz qalmaqdadır.

Qarabağ qazısı, hüquqşünas, ictimai aktiv Vüqar Dadaşova da qarşı təzyiqlər davam etməkdədir, məsələ o həddə çatıb ki, Abşeron Rayon İcra Hakimiyyəti onun yaşadığı küçədən zibil daşınması dayandırılıb. (Üfunət, antisanitariya. Məktəbə gedən uşaqların yoluxa biləcəyi xəstəliklərin mənbəyi...Qəssabların atdığı bağırsaq və ət tullantılarının çürümüş qoxusu. İt leşi iylənən bir mənzərə. Heyif ki, qoxunun şəklini və videosunu çəkmək olmur...

Abşeron rayonu, Masazır qəsəbəsində böyük bir şairin adını kiçildən küçə) Məqsəd ictimai və sosial problemləri dilə gətirənləri susdurmaq!

Yaranmış vəziyyətin həlli ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər cavabsız problemlər isə həlsiz qalmaqdadır.

KİV-də və elektron media vasitələri ilə səsləndirilən problemlərə Rayon rəhbərliyinin belə heç bir reaksiyası olmadığından Masazır sakinləri ölkə rəhbərliyinə və Cənab Prezidentə müraciət olunub.
Vüqar Dadaşov
Tarix: 29-10-2018, 21:20
Xəbəri paylaş





Xəbər lenti