Quba meşəsinin kütləvi qırıldığını təsdiq edən daha bir fakt – Muxtar Babayevi kimlər gözdən salır? – VİDEO

 

Quba rayonu ərazisində yerləşən meşələrdə ağac kəsilməsi davam edir. Kivnews.com xəbər verir ki, Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 1, 2 və 7 saylı dolaylarının ərazisində sağlam ağacların kütləvi şəkildə qırılması prosesi həyata keçirilir. Bu xoşagəlməz işlərdə isə Quba, Qusar, Xudat, Xaçmaz, Yalama rayonlarının meşələrinə cavabdeh olan Ramin Mürsəlovun, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovun və müəssisənin Quba şöbəsinin müdiri Fərid Ələkbərovun, həmçinin baş meşəbəyi Qulu Novruzovun, baş inspektor Malikin adı hallanır. Bildirilir ki, bu şəxslər səhiyyə qırma sahəsi adı altında Quba meşələrinin qırılmasına göz yumurlar.                                 Qeyd edək ki, Quba meşəsindən bir maşın ağacın kəsilərək aparılmasının qiyməti 250 manat təşkil edir. Ay ərzində isə yüzlərlə maşın ağac kəsilərək yeşik hazırlanan sexlərə daşındığı deyilir. Ümumilikdə isə, rayon ərazisində nə az, nə çox 367 yeşik emalı sexi fəaliyyət göstərir. Hazır yeşiklər isə respublikamızın əksər rayonları ilə yanaşı Rusiyaya daşınır. Həmçinin vurğulanır ki, Quba-İspik meşəsində ildə 20-30 min kisə kömür istehsal olunur.

Kivnews.com İnformasiya Portalı olaraq ötən həftələrdə əməkdaşımızı qeyd olunan faktın həqiqətliyini yoxlamaq üçün Quba rayonuna ezam etmişdik. Əməkdaşımız Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 7 saylı dolayının ərazisində olarkən ağacların kütləvi şəkildə kəsilməsi faktını öz gəzləri ilə görmüş və buna görə dəqeyd olunan ərazidən reportaj hazırlamışdır. Hətta baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, o cümlədən birbaşa nazir Muxtar Babayevin adına yazılı sorğu ünvanlayaraq bu məsələnin araşdırılmasını qeyd etmişdir. Bildirək ki, hələlik sorğumuza cavab verilməsə də, aldığımız qeyri-rəsmi məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Quba rayonuna əməkdaşlar ezam olunub və bəzi araşdırmalar aparılır. Amma təəssüf ki, Ekologiya Nazirliyinin yoxlamaya getmiş əməkdaşları şikayətçi səxslərdən qaçaraq onları dinləmək istəmir. Rayon sakinləri elə buna görə də, yoxlamanın Ramin Mürsəlovun, Rafiq İsgəndərovun istəyinə uyğun yekunlaşacağına şübhə etmirlər. Çünki yazının sonunda yerləşdirdiyimiz videolarda – o videolarda ki, 03 noyabr 2018-ci ildə meşənin qırılan ərazisində çəkilib – yerli vətəndaş iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən gələn yoxlamaları yola salmaq üçün hər meşə gözətçisindən 500 manat pul yığılıb. Hətta yoxlamaya gələn komissiya üzvlərinin sayının 6 nəfər olduğu, adlarının isə Mustafa, Cəmil, Xəlil və digərləri olduğu bildirilir.

Kivnews.com İnformasiya Portalı olaraq qeyd edək kimeşələrin qırılması faktları günü bu gün də davam etdirilir. Baxmayaraq ki, qırılma faktını araşdırmaq üçün rayona komissiya göndərilib. Düşünürük ki, bu faktlar dərindən araşdırılmalıdır. Çünki meşə qıranlar, meşənin qırılmasına görə bazarlığa gedənlər, komissiya adı altında rayona gedib, amma qırılma faktına göz yumanlar məhz nazirə qarşı olan adamlardır. Çünki bir ağacın qırılmasına görə, məhz Ekologiya naziri olaraq Muxtar Babayevin adı hallanır. O ki qalsın ağacların kütləvi qırılmasına göz yumula. Ona görə də, ağac qıran şəbəkə – meşə gözətçisindən tutmuş, nazirlikdə onlara havadarlıq edənə kimi hər kəs vəzifədən azad olunmalı və barələrində cinayət işi başlanmalıdır. Düzdür, bəzən məsuliyyət sonuncu şəxsin, yəni meşə gözətçisinin üzərində qalır. Amma bilməliyik ki, kütləvi ağac kəsimində meşə gözətçisi heç kimdir. Onun arxasında duranlar, bir sözlə ona "qorxma qoçağım" deyənlər var.

Kivnews.com olaraq olaraq meşə qırılmasının hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovun (+994 2333) 5-20-52 telefonu ilə dəfələrlə zəng etməyimizə baxmayaraq hər dəfə bir bəhanə gətirilərək Rafiq İsgəndərovun özü ilə əlaqə yaratmağımıza imkan vermədilər. Amma ilk dəfə şöbə müdiri Fərid Ələkbərovla danışmağa nail olmuşduq. O isə məsuliyyətdən yayınmağa çalışmışdı. Bildirmişdi ki, "İdarə tərəfindən qırma sahəsi ayrılıb, mən ayırmamışam. Qırma sahəsidir ora. Mütəxəssislər baxıb qırma sayəsi ayırıblar, nə bilim. Fıstıq ağacı belədir ki, sağlam olanda deyirlər, yeşik sexinə verirlər. Vələs ağaclarıdır da, oduna gedən şeylərdi.  Heç odununu alan yoxdu onun. Ramin müəllimə deyərəm komissiya göndərər əraziyə".

Sonda qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha ağacların qanunsuz kəsilməsinə toxundu və “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.

Kivnews.com

 

 

 


Tarix: 4-11-2018, 22:38
Xəbəri paylaş





Xəbər lenti