Paşinyan istirahət üçün Qarabağa gəldi və foto yaydı: "Bizə erməni ordusu deyirlər"


Paşinyan istirahət üçün Qarabağa gəldi və foto yaydı: "Bizə erməni ordusu deyirlər"

Ermənistan baş naziri səlahiyyələtini icra edən Nikol Paşinyan işğal altındakı Azərbaycan ərazisinə-Qarabağa gəlib.

Cebhe.info xəbər verir ki, ötən həftənin sonunda bir neçə günlük məzuniyyət götürdüyünü deyən Paşinyan istirahətini Qarabağda keçirmək qərarına gəlib. O, sosial şəbəkədə Qarabağda işğalçı ordunun əsgərləri ilə fotosunu paylaşaraq "Bizi erməni ordusu adandırırlar" yazıb. Bu sözlər Ermənistanda vətənpərvərlik mahnılarından birindən götürülüb.

Paşinyanla bərabər Qarabağdakı görüşlərdə Bako Saakyan, işğalçı ordunun komandanı Levon Mnaşakanyan da iştirak edir.

Paşinyanın səfəri bu gün başa çatacaq.

Tarix: 5-11-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti