“Daha bura pul gətirməyin!” - “İngiltərənin verdiyi mesajın mahiyyəti budur...”






Son vaxtlar mediada Beynəlxalq Bankın sabiq rəhbərinin həyat yoldaşı ilə yanaşı, bəzi sabiq nazirlərin də İngiltərədəki mülkləri, sərvətləri ilə bağlı informasiyalar yer almaqdadır.

Medianın sabiq məmurların fantastik sərvəti ilə bağlı məlumatları indi yada salması təsadüfidirmi? 

Yoxsa bu, yaxın gələcəkdə həmin məmurların xaricdəki sərvətinin də hədəf alınacağının anonsu hesab edilə bilər?

Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu barədə qəti fikir yürütməyin çətin olduğunu qeyd etdi:

“Doğrusu, bu haqda qəti nə isə deməkdə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, hər hansı məmurlarla bağlı bu cür məsələlərin gündəmə gəlməsi onlarla bağlı narazılığın göstəricisidir. İngiltərə dövləti öz ərazisində mülklərə malik olan şəxslər qarşısında aydın bir tələb qoyur. Onlar ya bu pulların leqal mənbəyini göstərməli, ya da bu ölkəni tərk etməlidir. Yəni ən yaxşı halda onlara  İngiltərə ərazisini tərk etməyə icazə verilir. Zənnimcə, İngiltərə bununla məmurlarımıza “daha bura pul gətirməyin!” mesajını verməyə çalışır. Hesab edirəm ki, baş verən proseslərdə İngiltərənin diqqətə çatdırmağa çalışdığı başlıca mesaj məhz budur”.


Tarix: 12-11-2018, 21:46
Xəbəri paylaş





Xəbər lenti