Dövlət vəsaitini mənimsəyən məmurları GÖZLƏYƏN CƏZA: - Həbsdən müsadirəyədək...

 

Vəzifədə olduğu müddətdə dövlət əmlakını mənimsəmiş, özlərinə biznes imperiyası qurmuş məmurların cəzalandırılması vacibdir.

Son vaxtlar bu məsələ bir az da aktuallaşıb. Kreslosuz qalan məmurların əksəriyyətinin sahib olduğu varidat milyonlarla ölçülür. Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycanın iki ən böyük holdinqi olan “Grant Holding” sabiq nəqliyyat naziri Ziya Məmmədova, digəri- “AtaHolding” isə keçmiş vergilər naziri Fazil Məmmədova məxsusdur. Bu holdinqlər hotel, restoran, bank, sığorta şirkətləri, daşınar-daşınmaz əmlakın satışı, tikinti və digər bir çox sahələri əhatə edir.Maraqlı məqam isə ondadır ki, holdinq sahibləri bu biznesi nazir postuna gələndən sonra qurublar.İlkin vəsaitin necə və haradan əldə edildiyinə haqqında şəffaf hesabat ortada yoxdur.

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlı və digər sabiqlərin dövlət əmlakını mənimsədiyinə, qanunsuz gəlirlərlə biznes sahibi olduqlarına dair iddialar var.

Bunlarla yanaşı, hazırda vəzifədə olan bir sıra məmurlar haqqında da eyni iddialar səsləndirilir, onların cəzalandırılacağı deyilir.İddia olunur ki, bununla bağlı yoxlamalar başlanılacaq və cavabdehlər ciddi şəkildə cəzalandırılacaq.Yoxlamalar bu günə qədər də aparılıb və Hesablama Palatası tərəfindən müxtəlif dövlət qurumlarında büdcə vəsaitlərinin necə xərclənməsi araşdırılıb.Yayılan hesabatlarda daha çox neqativ hallar təqdim olunub. Məsələn, Mədəniyyət Nazirliyində, Meliorasiya və Su Təsərrüfatı ASC-də, icra hakimiyyətlərində aparılan yoxlamalar nəticəsində milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı üzə çıxıb. Hesablama Palatasının rəsmi hesabatında bu neqativ hallar göstərilsə də, həmin dövr üçün heç bir cəza tədbiri görülməyib.Ancaq iddialara görə, artıq heç bir keçmiş və ya hazırda vəzifədə olan məmura güzəşt edilməyəcək.Dövlət əmlakını mənimsəyən məmurlar ən sərt şəkildə cəzalandırılacaq.

İlk növbədə dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılması əsas prioritet olacaq.Təbii ki, bununla razılaşmayan məmurların da olacağı istisna deyil.Təcrübədə bu da mövcuddur.Belə ki, Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev ölkədən çıxardığı milyardlarla vəsaiti hələ də geri qaytarmayıb.İddia olunur ki, C.Hacıyev həmin vəsaitləri qudası, sabiq MTN şefi Eldar Mahmudovun vasitəsilə ölkədən çıxarıb.Amma nəticə etibarı ilə həmin vəsaitlər hələ də ölkəyə qaytarılmayıb.Yayılan son xəbərlərə görə, C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevə həmin vəsaitlərin hesabına Londonda mülklər, qiymətli daş-qaşlar alıb.Qeyd edək ki, London məhkəməsi Z.Hacıyevanın xərclədiyi pulların qaynağını araşdırır və bankirin həyat yoldaşını məhkəmə gözləyir.

Amma hələlik ölkədən çıxarılan vəsaitlər geri qaytarılmayıb.Hazırda vəzifədə olan məmurlarla bağlı da eyni hal gələcəkdə müşahidə oluna bilər.Bu zaman isə ikinci cəza metodu -həbsi gündəmə gətirə bilər.Belə ki, dövlət əmlakını mənimsəyən məmurun həbsi istisna edilmir.Bu günə qədər vəzifədən uzaqlaşdırılan kifayət qədər məmur var ki, hələ də dövlətdən oğurladıqlarını geri qaytarmayıb.Yalnız “rabitə işi”ndə belə bir müsbət təcrübə yaşandı və dövlətə vurulan zərər müəyyən qədər geri ödənildi.Amma digərlər işlərlə bağlı belə hal müşahidə olunmur.Bu isə vəzifədən uzaqlaşdırmanın əslində, dövlət əmlakını mənimsəyən məmur üçün ən yüngül cəza hesab etməyə imkan verir. Amma proseslərin belə gedişi gələcəkdə digər cəza vasitələrinə, həbs, əmlakın müsadirəsi və s. cəza tədbirlərinə üstünlük verilməsini istisna etmir.
Tarix: 23-11-2018, 09:06
Xəbəri paylaş





Xəbər lenti