Paşinyan oğlunun zəngi ilə Qarabağdakı hərbi hissələri yoxlatdırmağa başlayıb –Ağdərəyə komissiya göndərilib


Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında orduda əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirib. Paşinyan etiraf edib ki, əsgərlikdə olan oğlu Aşot Paşinyan ona zəng edərək ərzaq məhsullarının göndərilməsini istəyib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, N.Paşinyan oğlunun xidmət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda qanunsuz dislokasiya edilən hərbi hissədə araşdırma aparılması üçün Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət bir qrupa tapşırıq verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə müxtəlif hərbi hissə komandirlərinin bu məsələ ilə bağlı rəsmi müraciətlərinə baxmayaraq, bu problemə laqeyd münasibət bəslənilib, zəruri tədbirlər görülməyib. Nikol Paşinyanın orduda xidmət edən yüksəkrütbəli zabitlərin müraciətlərini diqqətə almayaraq, oğlunun telefon zəngi ilə tələsik hərbi mütəxəssislərdən ibarət qrupu araşdırma aparmaq üçün hərbi hissəyə göndərməsi ondan xəbər verir ki, orduda xidmət edən hərbi qulluqçuların və əsgərlərin hansı şəraitdə, necə xidmət etməsi onun üçün maraqlı deyil. Bir sözlə, nə ölkədəki, nə də ordudakı acınacaqlı vəziyyət N.Paşinyanı maraqlandırmır. Onu maraqlandıran yalnız şəxsi ambisiyalarıdır.

Tarix: 23-11-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti