15 gün sonra Qarabağda İşğalçı ilə separatçıların "DÖYÜŞÜ" BAŞLAYACAQ


15 gün sonra Qarabağda hərəkətə keçəcəklər – İşğalçı ilə separatçıların DÖYÜŞÜ BAŞLADI

Ermənistanda “Sasna srer” partiyası növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağda separatçı rejimi dəyişdirməyi planlaşdırır.

Publika.az
xəbər verir ki, bu barədə partiyanın lideri, keçmiş Qarabağ döyüşçüsü Jirayr Sefilyan deyib.

Sefilyan qeyd edib ki, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyana “yol xəritəsi”ni təqdim ediblər: “Biz Saakyana danışıqlar masasına əyləşməyi və hakimiyyəti sarsıntılar olmadan təhvil verməyi təklif etdik”.

Sefilyan parlament seçkilərindən sonra hərəkətə keçəcəklərini açıqlayıb.

“Əgər biz bir il gözləsək, sarsıntılar ola bilər. İnsanların artıq səbri qalmayıb. Əminəm ki, mövcud hakimiyyət ehtiyatla davranacaq və məsələ sakit həll olunacaq. Biz Qarabağda hakimiyyətin dəyişməsi üçün mümkün qədər tez danışıqlara başlamaq istəyirik. Seçkidən sonra hərəkətə keçəcəyik”, - deyə o bildirib.

Tarix: 24-11-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti