Ermənistan Batumiyə olan iddialarını irəli sürdü

 Gürcüstan tərəfindən buğdanın yerüstü marşrutla Ermənistana daşınmasının qadağan edilməsi fonunda 2018-ci ilin dekabr ayının 1-dən Qafqaz-Poti-Qafqaz xətti üzrə müntəzəm bərə hərəkətinin dayandırılması ilə bağlı hadisələr Yerevanda təşvişə səbəb olub.Virtualaz.org “Lragir” erməni nəşrinə istinadən xəbər verir ki, Ermənistan tərəfi buğdanı nə dəniz, nə də yerüstü yollarla ala bilmir. Bu səbəbdən, ermənilər qonşularını ittiham etməkdən başqa bir yol tapmayıblar. Bundan əlavə, Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıblar.
“100 il əvvəl Türkiyə və Rusiya regionu Ermənistanın hesabına bölüşdürüblər… Faktiki olaraq Batum (Batumi – red.) erməni torpaqlarına dəyişdirilib. Halbuki, Batumi limanının Ermənistana anklav şəklində verilməsi barədə çoxlu söz-söhbət gəzirdi. Bəlkə elə bu buğdanın nəqli məsələsinə görə bir növ kompensasiya ola bilər? Ermənistan hökuməti bu barədə düşünməlidir”, – nəşr yazır.
Bu isə yalnız eyham deyil, Batuminin və bütövlükdə Acariyanın Ermənistanın tərkibinə daxil edilməsinə açıq çağırışdlr.
Gürcüstanlı politoloq Qulbaat Rtsxiladze virtualaz.org-un suallarını cavablandıraraq bildirib ki, Ermənistan KİV-lərində səslənmiş bəyanatı “qəribə” adlandırmaqdan başqa çarə yoxdur: “Bizə bircə erməni fəaalların hansısa ərazi iddiaları çatışmırdı. Bu anlaşılmazdır və müzakirə mövzusu deyil. Batumi gürcü şəhəridir. O, bir vaxtlar Rusiya İmperiyasına birləşdirilib. Birinci Dünya Müharibəsindən sonra Batumi Gürcüstanın tərkibində olub. Buna görə də, Batumi ilə Acariya barəsində heç kimdə sual yaranmamalıdır”.
Rtsxiladze qeyd edir ki, Türkiyə də Gürcüstanın ərazi bütövlüyünü onun müstəqilliyini elan etdiyi sərhədləri daxilində tanıyır.
Ekspert bir fakta diqqət çəkir ki, hazırda Ermənistan keçid mərhələsindədir. “Köhnə hakimiyyət gedib, yenisi hələ formalaşmayıb, dərin daxili ziddiyyətlər var. Hakimiyyət və mülkiyyət yenidən bölüşdürüləcək. Ermənistan yolayrıcındadır və müəyyən müddət ərzində orada radikallar, qaynaq başlar, hətta təxribatçılar da boy göstərəcək ki, bunlar özlərinə “vətənpərvərlik” üzərində xal qazanırlar.
Lakin Ermənistanda kimsə qonşularının hesabına öz maraqlarını gerçəkləşdirmək istəyirsə, qaçılmaz olaraq bütün tərəflərdən təzyiqlə qarşılaşacaq. Bu cür iddiaların (o cümlədən Batumiyə – red.) heç bir şansı yoxdur”.
Ekspert deyir ki, hazırkı vəziyyətdə Nikol Paşinyan da, digər siyasətçilər də səs-küylü bəyanatlar verirlər. “Ermənistanın bütün siyasi elitası gərginlik içindədir. Hamı bilir ki, Qafqazda ciddi siyasi dəyişikliklər gözlənilir”.
Digər gürcüstanlı politoloq və qafqazşünas Mamuka Areşidze virtualaz.org-a bildirib ki, Gürcüstana qarşı iddialarda qeyri-adi heç nə grmür, bunlarla ötən əsrdə də qarşılaşıblar: “Lakin bütün iddialar (erməni tərəfinin – red.) yalandır”.
“Əlbəttə, 1920-ci ilin sənədləri üzrə müzakirə aparmaq olar, amma 1918-ci ilin (məhz 1918-ci ildən 100 il keçir) sənədləri üzrə deyil. 1920-ci ildə Batumiyə “porto-franko” statusunun (gömrük haqqı olmayan liman) verilməsi müzakirı edilib.
Lakin KİV-lər bəzən keçmiş ərazilər və dövlət sərhədləri məsələlərini qaldırırlar. Düzdür, Qafqazda sərhədlər, o cümlədən erməni sərhədləri dəyişdirilib. Lakin heç zaman Batuni Ermənistanın nüfuz dairəsinə daxil olmayıb, hətta xristianlığa qədərki dövrdə belə”, – həmsohbətimiz deyib.
Tarix: 25-11-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti