Poroşenko Azov dənizindəki böhrandan daxili siyasi məqsədləri üçün istifadə edir?



Xəbər verildiyi kimi, Rusiyanın qeyri-qanuni olaraq Ukrayna Hərbi-dəniz qüvvələrinə mənsub “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmilərini saxlayıb. Bu zaman Ukraynanın 23 dənizçisi əsir götürülüb, 6 hərbçi isə yaralanıb.

Bununla əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə 60 günlüyə hərbi vəziyyət elan edib. Lakin bu müddətin uzadılacağı istisna olunmur.

Xarici mətbuatda prezident Pyotr Poroşenkonun bu vəziyyətdən öz xeyrinə yararlanmaq istədiyi barədə məlumatlar dolaşır.

Ukrayna qanunlarına görə, hərbi vəziyyət zamanı ölkədə seçkilər keçirilmir.

Qeyd etmək lazımdır ki, prezident seçkiləri 2019-cu ilin mart ayında baş tutmalıdır.

“Hər kəs məlumdur ki, Poroşenko bu seçkiləri uduzacaq. Əgər Ukrayna deputatları da mülki idarəçiliyin durdurulmasına səs versələr, seçkilər təxirə salına bilər”,-deyə Böyük Britaniyanın “The Guardian”dakı məqalədə bildirilir. Yazıda Ukraynanın hətta Krımın işğalı zamanı belə bu addımı atmadığı qeyd olunur.

Musavat.com

Tarix: 26-11-2018, 19:58
Xəbəri paylaş





Xəbər lenti