Azərbaycan Lavrovun Qarabağ prosesindən uzaqlaşdırılmasını istəsə...


Deputat Elman Nəsirov: “İstənilən yeni təyin edilən diplomat yenə də onun tabeliyində olacaq”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Dağlıq Qarabağ probleminin həlli üçün Rusiya ilə Türkiyə arasında çox ümidverici müzakirələr getdiyini, lakin hansısa qüvvənin müdaxiləsi nəticəsində prosesin dayandığını açıqlayıb. Türkiyədən verilən bu açıqlamanın kifayət qədər yüksək ranqlı şəxs tərəfindən verilməsi həqiqətən də ciddi prosesin getdiyinə şübhə yeri qoymur. Prosesin dayanmasına səbəb olan qüvvənin konkret kim və ya hansı dövlət olmasını isə Kalın açıqlamayıb.

Bəzi siyasi analitiklər hesab edir ki, Türkiyə ilə Rusiya arasında Qarabağla bağlı aparılan prosesin nəticəyə varmadan dayandırılmasında Rusiya xarici işlər naziri Sergey Lavrovun rolunun olduğu istisna deyil. Bu mövqedə olanlar fikirlərini Lavrovun milliyyətcə ermənilərlə qohumluğu, ermənilərə daha yaxın olması ilə əsaslandırırlar. Bu cür düşünənlər bildirirlər ki, Lavrov nə zaman Dağlıq Qarabağla bağlı normal bir prosesin dayanmasını istəyibsə, “Kompromis variantlar, münaqişə tərəflərinin özləri öz aralarında tapmalı və razılığa gəlməlidirlər” kimi açıqlamalar verib. Yəni Dağlıq Qarabağ məsələsinin həllinə əngəl yaratmaq istəyəndə çoxsaylı bəhanələr irəli sürülüb. Böyük ehtimalla bu dəfə də Türkiyə ilə aparılan prosesi dayandırmaq üçün bu tipli bəhanələr ortaya atılıb.

Bəs əgər belədirsə, Azərbaycan Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində mənfi rol oynadığı barədə Rusiya hakimiyyətinə müraciət edə və onun danışıqlar  prosesində Rusiya tərəfindən vasitəçi qismində iştirakına etiraz eləyib, digər diplomatla əvəzlənməsini istəyə bilərmi?

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Minsk Qrupu həmsədri olan ölkələrə səfərləri, onun həmin ölkələrdə qarşılanması təəccüb və təəssüf doğuran haldır. Söhbət o ölkələrə səfərdən gedir ki, məhz bu ölkələrin missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edib onun həlli yollarını tapmaqdır. Lakin əgər qondarma rejimin rəhbəri bu ölkələrə səfərlər edirsə, təbii ki, bu, münaqişənin həlli məsələsində həmin ölkələrin sülhə lazımi dəstək verəcəyinə olan inama çox böyük kölgə salır.

Bako Saakyan ile ilgili görsel sonucu

Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar yaranır ki, əgər Bako Saakyanı Minsk Qrupunun həmsədri olan ölkələrdə qəbul edirlərsə, deməli, o ölkələr Qarabağ münaqişəsini həll edəsi deyil. Azərbaycan ictimaiyyətində bu düşüncə artıq mövcuddur: “Xüsusilə də ”Münaqişənin həlli prosesində Rusiya və Türkiyə ciddi iş aparırdı, hansısa qüvvə buna mane oldu" açıqlamasının mötəbər mənbə tərəfindən verilməsi Azərbaycan cəmiyyətində maraq yaradıb. Lakin İbrahim Kalın konkret ad çəkmədi ki, üçüncü qüvvə kimdir. Ona görə də ən müxtəlif versiyalar irəli sürülməyə başlayıb. Versiyalardan biri kimi də həmin qüvvənin-Rusiya xarici işlər naziri Sergey Lavrovun adı çəkilir. Məhz Rusiyanın xarici işlər nazirinin üzərində dayanmaq üçün əlimizdə ciddi faktlar, sübutlar yoxdur. O səbəbdən ki, hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir “Lavrov planı”nın olduğu barədə bir ara söhbətlər gedirdi.

Elman NÉsirov ile ilgili görsel sonucu

Lavrov planında münaqişənin mərhələli həllinin nəzərdə tutulduğu deyilirdi. Eyni zamanda Sergey Lavrov son dövrlər çıxışlarında Ermənistan rəhbərliyinə qarşı sərt ifadələr də işlədib. Bunu da yaddan çıxarmaq olmaz. Lavrovun erməni millətinə rəğbətinin olmasından asılı olmayaraq, o, nəhəng Rusiya dövlətinin xarici siyasətini idarə edir. Bu nöqteyi-nəzərdən Rusiyanın maraqları onun üçün daha üstündür. Kiminləsə şəxsi münasibətlərindən, kiməsə şəxsi münasibətindən asılı olmayaraq onun tutduğu post, vəzifə tələb edir ki, Rusiyanın dövlət maraqlarını hər şeyin fövqündə tutsun. Belə olan vəziyyətdə indiki reallıqda Rusiyanın milli maraqları münaqişənin həlli prosesində pozitiv mövqeni tələb edirsə, eyni zamanda bu mövqeni əldə etmək üçün Ermənistana təzyiqləri özündə ehtiva edirsə, təbii ki, Sergey Lavrov da məhz həmin siyasəti icra etməlidir. Yəni özünün bütün arzu və istəklərindən asılı olmayaraq məhz Rusiya dövlətinin milli maraqları və Rusiya rəhbərliyinin müəyyən etdiyi siyasətin tələblərinə görə Lavrov o işi icra etməlidir".

Elman Nəsirov qeyd etdi ki, ona görə də əgər indiki halda biz məsələ qaldırsaq ki, Sergey Lavrovu münaqişənin tənzimlənməsi prosesində Rusiyanı təmsil eləyən tərəf kimi görmək istəmirik, onun yerinə başqa bir məmuru görmək istəyirik, bu, məsələyə sərt və qeyri-peşəkar yanaşma olardı: “Məsələ ondadır ki, istənilən halda Rusiyanın xarici siyasətinə Sergey Lavrov rəhbərlik edir. Ona görə də istənilən yeni təyin edilən şəxs hər halda yenə də onun tabeliyində olacaq. Biz Rusiya ilə əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Bu siyasət bu gün aparılır. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında sıx təmaslar var. Avqustun 1-də cənab prezidentin səfərində imzalanmış 16 sənəd də dediklərimizi təsdiq edir. İndi Rusiya ilə Ermənistan arasında gərginlik ocaqları yaranıb. Biz bundan da faydalanmalıyıq”.


Tarix: 27-11-2018, 09:32
Xəbəri paylaş





Xəbər lenti