Sevindik Hətəmova yol göründü - Hesablama palatasının audit yoxlamalarının nəticəsi...


     
Sevindik Hətəmova yol göründü - Hesablama palatasının audit yoxlamalarının nəticsi...
Teref.az-ın verdiyi xəbərə görə Hesablama Palatasının apardığı audit yoxlamalar İcra hakimiyyətlərinə ayrıaln büdcə pullarının aidiyyəti üzrə xərclənməməsinə dair faktlar aşkar edib.
Əldə etdiyimiz məlumata görə İcra Hakimiyyətlərində külli miqdarda dövlət vəsaitinin talan edilməsi, təyinata uyğun olmadan istifadəsinə dair faktlar aşkarlanıb.
Hesablama Palatasının auditinin 3 rayon üzrə yoxlamaların nəticəsi həm Milli Məclisə, həm də digər aidiyyatlı qurumlara da təqdim edilib.

Teref.az-ın əldə etdiyi məlumta görə bunların içində Salyan rayonunda abadlıq və təmir-bərpa işləri üçün ayrılan vəsaitlərlə bağlı olaraq təyinatı üzrə istifadə etməməmə, o cümlədən də vəsaitlərin ayrılması zamanı tenderlərin təşkilində qanunvericiliyin müvafiq olaraq pozuntulara yol verilməsi xüsusi yer tutur.. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Digər 2 rayonla bağlı da dəqiqləşdirmələr apardıqdan sonra ətraflı bilgilər verəcəyik.

Qeyd edək ki, Salyan rayonu üzrə cari ilin aqrar hesabatları da bərbad durumdadır. Rayon üzrə investitsiya cəlb edilməsi, o cümlədən də proqnozların icrası da yerinə yetirilməyib. Məlumatlara görə, Salyan rayonundan sahibkarların yerli icra hakimiyyətindən, xüsusilə də icra başçısı Sevindik Hətəmovdan prezident aparatına və aidiyyətli orqanlara çoxlu şikayətlər daxil olub.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Tarix: 30-11-2018, 13:56
Xəbəri paylaş





Xəbər lenti