Əcnəbilər Azərbaycanda ov üçün silahı necə əldə edirlər? – AÇIQLAMA

Əcnəbilər Azərbaycanda ov üçün silahı necə əldə edirlər? – AÇIQLAMA


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Maraqlıdır, ov edən əcnəbilər tüfəngi necə əldə edirlər? Onların tüfəngi ölkəmizdən satın alması və ya kirayə götürməsi mümkündürmü?

Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov Cebhe.info-ya bildirib ki, əcnəbi vətəndaşlar ov üçün gəlməmişdən qabaq məlumat verirlər:

“Həmin vətəndaşlar hansı ölkədən gəlirsə, orada 3-10 günlüyə ov məqsədi ilə gəlmələri və silahlarının nömrələri barədə bizim Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verirlər. Daha sonra həmin ov tüfənglərin nömrələri yoxlanılır və doğrudan da həmin silahların sənədi varsa, onlara ölkəmizə silahı gətirmək üçün icazə verirlər. Azərbaycanda ov etdikdən sonra isə öz silahları ilə birgə ölkələrinə qayıdırlar”.

Hicranə İsmayılova

Tarix: 30-11-2018, 22:03
Xəbəri paylaş





Xəbər lenti