İndiyədək koronavirusun uşaqlara toxunmayacaq qədər “humanist” infeksiya olduğu düşünülürdü. İndisə
BMT Baş katibi Antonio Quterresun verdiyi açıqlama bu təsəvvürləri alt-üst edir.
Ovqat.com-un məlumatına görə, Quterres koronavirus səbəbindən
yüzminlərlə uşağın ölə biləcəyi barədə açıqlama verib.
Hərçənd Baş katib məlum infeksiyanın gözlənilən ölümlərin birbaşa səbəbi olacağını da iddia etməyib. Onun sözlərinə inansaq, infeksiya uşaqların həyatına dolayısıyla son qoya bilər.
“Yeni növ koronavirus səbəbiylə uşaqlar qidalanma və məişət zorakılığı riski altındadır və qlobal iqtisadi tənəzzülün sürətlənməsi ilə 2020-ci ildə yüzminlərlə uşaq ölümü gözlənilir”, - BMT Baş katibi belə deyib.
Uşaqların ən çox təhsil hüquqlarının məhdudlaşacağına inanan Quterres cari tədris ilində dünyadakı demək olar ki,
bütün şagirdlərin məktəbə gedə bilməyəcəkləri vurğulayıb. Onun fikrincə, bəzi məktəblər
distant təhsil sisteminə keçsələr də, hər kəs bu imkana sahib deyil.