“Bu sanksiyaların müddəti uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətinlik çəkəcək”


“Rusiyalı oliqarxların dili açılır. Milyarder iş adamları Oleq Deripaska və Mixail Fridman müharibəni dayandıraraq dərhal danışıqlara başlamağa çağırıblar. Aydındır ki, bunun səbəbi Qərbin elan etdiyi və "Rusiyanı rubilnikdən söndürməyə" yönəlmiş iqtisadi savaşdır. Avropa Birliyi öz səmasını Rusiya üçün tamamilə qapatdı. Bir az əvvəl Rusiyanın "Pobeda" şirkətinin sərnişin təyyarəsinin İstanbuldan uçuşuna icazə verilməyib. (Bu loukoster "Aeroflot" qrupuna daxildir.) Səbəb İrlandiya lizinq şirkətinin "Pobeda"nın istifadəsinə verdiyi "Boeing"i geri istəməsidir. Avropa Birliyi, Britaniya və ABŞ Rusiyaya bütün növ təyyarələrin, onların ehtiyat hissələrinin və avadanlıqların satışını, Rusiyaya aid təyyarələrə texniki və sığorta xidmətləri göstərilməsini yasaqlayıb. Bu sanksiyaların müddəti bir az uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətinlik çəkəcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Şahin Cəfərli bildirib.
 
“Yazılarımın birində mübaliğə etmişdim ki, Rusiya orta əsrlərə qaytarılır. Amma gedişat onu göstərir ki, həqiqətən belə olacaq” – Ş.Cəfərli qeyd edib.
Tarix: 27-02-2022, 23:12
Xəbəri paylaş





Xəbər lenti