Ukraynadakı vəziyyətlə bağlı ŞƏRH


“Kiyevdə bu gecə nisbətən sakitlik olub. (Baxmayaraq ki, şəhərin şimalında 2 Rusiya helikopteri vurulub.) İki səbəbdən: səhər saatlarında Belarus sərhədində Rusiya nümayəndələri ilə danışıqlar olacaq. Ukraynanın hər hansı ciddi güzəştə getməsi ehtimalı çox azdır, çünki hərbi əməliyyatlar teatrında hələlik xüsusi ağır və kritik vəziyyət müşahidə olunmur. (Bununla yanaşı, Azov sahilindəki Berdyansk şəhərinin itirilməsi xoşagəlməz hadisədir.) Digər səbəb isə Kiyev ətrafında son günlər gedən intensiv döyüşlərdə düşmənin ağır itkilərə məruz qalması və onun hücum qabiliyyətinin məhdudlaşmasıdır. Belarus desant qüvvələrinin onlara dəstək üçün hücuma qatılacaqları barədə iddialar var. Lukaşenko Zelenski ilə telefon söhbətində bunu təkzib etsə də, kolxozenfürerin artıq müstəqilliyini itirdiyi və Putinin qaulyayterinə çevrildiyi məlumdur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
 
“Kiyevdə Ukrayna ordusu və digər hərbi stukturlarının böyük qüvvələri cəmləşib. Şəhərin müdafiəsinə əvvəl Donbasda döyüşmüş general Aleksandr Sırski rəhbərlik edir. Paytaxtın asanlıqla ələ keçirilməsi imkansızdır. Bu gün şəhərə Qərbi Ukraynanın 3 vilayətindən (Lvov, Ternopol, İvano-Frankovsk) əlavə qüvvə gəlib. Deyirlər onların Rusiyaya xüsusi "simpatiyası" var... Bu arada, prezident Zelenski əsgərlərin maaşını ciddi miqdarda artırıb. Əsgərlər müharibə dövründə 100.000 qrivna (3350 dollar) maaş alacaq”.
Tarix: 28-02-2022, 09:51
Xəbəri paylaş





Xəbər lenti