Rusiya-Ukrayna danışıqları başa çatıb -YENİLƏNİB

Rusiya-Ukrayna danışıqları başa çatıb -YENİLƏNİB
Belarusda keçirilən Ukrayna-Rusiya danışıqları başa çatıb.
 
Musavat.com  xəbər verir ki, bu barədə Ukraynanın Strana.today saytı məlumat yayıb.
 
 
 
****
 
Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib.
 
Musavat.com xəbər verir ki,bu barədə RT məlumat yayıb.
 
Vladimir Makey bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.
 
***
 
Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb.
 
Musavat.com bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.
 
****
 
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
 
“Report” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
 
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.
 
Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.

Tarix: 28-02-2022, 22:02
Xəbəri paylaş





Xəbər lenti