Ukraynada rus tanklarının qənimi: Hədəfi vurma məsafəsi 800 metr, çəkisi 12,7 kq...

Ukraynada rus tanklarının qənimi: Hədəfi vurma məsafəsi 800 metr, çəkisi 12,7 kq...
II Qarabağ müharibəsində dünyanın nəfəsini dərmədən seyr etdiyi silah Bayraktar idi.
 
Rusiya-Ukrayna müharibəsində isə yanan hərbi kolonlarının sıradan çıxarılmasında əsas rol NLAW (Next Generation Light Anti-tank Weapon) portativ yeni nəsil tank əleyhinə silahlarının üzərinə düşür. 

Bu silas İsveçin çoxprofilli SAAB korporasiyası tərəfindən layihələndirilib, Böyük Britaniyada istehsal edilir. 
 
Onun hədəfi vurma məsafəsi 800 metrə qədərdir, silah özü yüngüldür (12,7 kg), operatordan hansısa xüsusi bacarıq tələb etmir, hədəf seçilir, elektronika özü hər şeyi ölçüb biçir. Onun özəlliyi ondadır ki, mərmi zirehli texnikaya ancaq başının üstündən zirehi deşib daxil olur (pilotsuz uçuş aparatlarından buraxılan mərmilərdə olduğu kimi). 

Mərmi yüksək yandırıcı xüsusiyyətə malikdir - zirehi deşib içəri daxil olandan sonra alışma zamanı 1000 dərəcəyə qədər temperatur artımı olur. Ona görə də müharibə kadrlarına baxanda texnikada çox şeyin əridiyini müşahidə edirsiniz.
 
Qiyməti $27-30 mindir.

Tarix: 28-02-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti