İnternetdə rus əsgərin anası ilə intihar yazışmaları yayıldı (FOTO)


"İnternetdə rus işğalçısı əsgərinin anası ilə yazışmaları ortaya çıxıb. O, ölümü ərəfəsində anasına müharibə üçün Ukraynada olduğunu yazıb”.

Qaynarinfo xəbər verir ki, bu sözlər Unian saytında yer alıb. Anası ondan niyə bu qədər uzun müddət mesajlara cavab vermədiyini və tam olaraq təlimlərdə olub-olmadığını soruşub. Rus əsgər anasına deyib ki, o, Krımda təlimlərdə deyil, Ukraynada əsl müharibədədir.

"Ana, mən Ukraynadayam. Burada əsl müharibə gedir. Qorxuram. Bizə demişdilər ki, (ukraynlar) bizi (gül-çiçəklə) qarşılayacaqlar, amma özlərini maşınlarımızın altına atıb, bizi keçməyə qoymurlar. Bizi faşist adlandırırlar. Ana, mənim üçün çox çətindir. İndi mən sadəcə ölmək istəyirəm", - deyə əsgər yazıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna hərbçiləri "palyanitsiya” sözünü tələffüz edə bilməyən diversantı saxlamışdılar.
Tarix: 28-02-2022, 23:14
Xəbəri paylaş





Xəbər lenti