Cərimələrlə dövlət büdcəsini doldurmq istəyirsinizmi, cənablar ? - Cərimə MƏQSƏD ola bilməz, VASİTƏ-dir…

Cərimələrlə dövlət büdcəsini doldurmq istəyirsinizmi, cənablar ? -  Cərimə MƏQSƏD ola bilməz, VASİTƏ-dir…

Bir ildə neçə dəfə  cərimələri artırmaq olar ? 


Cərimə (almanca Strafe‎ — cəza) — cəza növüdür. 
Cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin NƏFİNƏ   keçirilən pul vəsaiti.
Yəni lap qədim dövrlərdən bu günədək  müxtəlif cərimələr cəzanın bir növü kimi tətbiq olunur və məqsəd  qarşı tərəfi  islah etmək, əməldən çəkindirməkdir. 
Məqsəd  insanları islah etməkdir, vətəndaşların cibinə girmək deyil. 
Həm də cərimələr dövlətin büdcəsinə  köçürülməlidir. 
Bu məsələ dəfələrlə Milli Məclisdə də qaldırılıb ki, bəzi qurumların ayrıca fond yaradaraq cərimələri orada toplayır və cərimə gətirən əməkdaşa fonddan “mükafat”  verirlər. 
Əlbəttə, belə olan halda kimlərsə “mükafat”  almaq üçün vətəndaşları cərimələməkdə maraqlı olacaqlar. 
Dünyanın heç bir yerində belə hal ola bilməz. 
İkinci vacib  məqam  ildə 2-3 dəfə  cərimələrin məbləğinin  artırılmasıdır. 
Ay  cənablar, başa düşmürsünüz ki, CƏRİMƏ MƏQSƏD ola bilməz, CƏRİMƏ VASİTƏDİR...
Əlbəttə,  cərimələri artırmaqda  MƏQSƏD bəzi məmurların cibini doldurmaqdır. 
Daha  vacib bir məqam. Cərimələrin məbləği ölkədəki minimal əmək haqqına uyğun olmalıdır.
Təqaüdçü maska taxmadığına görə, onu necə 200  manat cərimə edə bilərsiniz..? 
Bu adam aldığı təqaüdü  cəriməyə versə, nə yeməli, nə içməlidir ? 
Bütün günü  paytaxtın küçələrində  müxtəlif qurumların nümayəndələri  CƏRİMƏ etməklə məşğuldurlar.
Hətta  vətəndaşlar qəzəblə  deyir ki, deyəsən bunlar CƏRİMƏ ilə dövlətin büdcəsini doldurmaq istəyirlər. 
Bizim normal səhiyyə sistemimiz yoxdur deyə yoluxma artır.
Bizim normal təcili yardım sistemimiz bərbaddır, çağaırışa 3 gün sonra, xəstə öləndən sonra  gəlir....biz də maska  taxmamağa görə, 100, hətta 200 manat cərimə edirik...
Problemi  aradan qaldırmaq əvəzinə vətəndaşın dərisini soymaq  olmaz. 
Yaxud  neçə illərdir Bakı şəhəri sözün həqiqi mənasında “probkaya”  düşüb, bunu aradan qaldırmaq əvəzinə  güc veriblər  sürücüləri cərimələməyə...
Bunun heç bir nəticəsi ola bilməz, bu nə metodudur, nədir belə...
Şəhərdəki  cəhənnəm əzabını  xatırladan  “probka”nı aradan qaldırmaq, nizamlamaq məmurların işidir. Küçələri, səkiləri satanda belə olmalı idi də..
Vətəndaş öz evinin qarşısında maşın saxlaya bilmir, o dəqiqə  tökülüşüb  gəlirlər və cərimə edirlər...
Ölünü cərimə edirlər, dirini cərimə edirlər, toyu-vayı cərimə edirlər. Bunun  bir sonu olmalıdır. 
Bir çox ölkələrdən  nümunə götürək də. 
Yazılan cərimələrin çoxunu ilin sonunda  silirlər. 
Bizdə isə  hamı cərimə yarışına  çıxıb. 
Vətəndaş  küçədə  asqırmağa  da qorxur ki, bu dəqiqə gəlib cərimə edəcəklər.
Bu tip məsələrlə bağlı Milli Məclisdə müzakirələr tez-tez olmalıdır. Qanun layihələrində dəyişikliklər olmalıdır. Vətəndaşlarımıza Konstitusiyamızın verdiyi hüquqları qoruyub saxlamalıyıq. Hər addım başı vətəndaşlarımızı cərimələməklə çətin tərbiyə olunan uşaqlar kimi qələmə verməməliyik. Sivil dövlətdə yaşayaraq, tam hüquqlu olmağımızı bütün Avropaya göstərməliyik.
Tarix: 4-03-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti