Kiyev Ukrayna ordusunun nəzarətindədir, prezident isə... - AÇIQLAMA



Paytaxt Kiyevdə vəziyyət tamamilə Ukrayna ordusunun nəzarətindədir. Dövlət orqanları öz yerindədir və işləməkdə davam edirlər.
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” Partiyasının deputatı Fedor Venislavski telemarafon zamanı deyib.
O qeyd edib ki, Kiyev şəhərində vəziyyətə Silahlı Qüvvələr tam nəzarət edir:
“Dövlət orqanları, hər şey yerindədir. Heç bir saxtakarlığa inanmayın. Prezident kabinetdə işləyir. Nazirlər Kabineti öz ofisində fəaliyyət göstərir. Deputatlar da işlərini görürlər. Kimi Kiyevdə, kimi rayonlarda - humanitar məsələlərin həllini, Silahlı Qüvvələrə tədarükün koordinasiyasını təmin etməyə kömək edir”.
Tarix: 5-03-2022, 19:25
Xəbəri paylaş





Xəbər lenti