Günün fotosu: Müharibənin eybəcər üzü - məsum uşağın qanlı çöhrəsi



Bu, ukraynalı uşaqdır, Rusiya topçularının bombardmanından salamat, amma yaralı çıxıb. 
Uşaq oturub ağlayır, canı ağrıyır, dəhşətdən böyüzm olmuş haldadır, nə baş verdiyini də bilmir. Dünənəcən öz oyuncaqları ilə oynayan uşaq ölümsaçan silahları oyuncaq kimi oynadan böyüklərin qəddarlığının qurbanıdır.
Hələ bu balaca bir az şanslıdır, təxminən o yaşlarda olan 25 uşaq isə güllə və mərmilərdən həyatını itirib.
Müharibənin ən eybəcər üzü budur - bir uşağın üzünün, üstünün al qana bulaq olması. 
Bu, həm də hərbi cinayətin şəklidir. Əgər nə vaxtsa Haaqa tribunalında hərbi aqressorların mühakiməsi olacaqsa, dəlil-sübutların arasında bu cür şəkillər də olacaq və mülki əhaliyə qarşı silah işlədilməsi faktı belə şəkillərlərlə sübut ediləcək.
photo_2022-03-05_12-33-00.jpg (67 KB)
Adamın yadına 2020-ci ilin oktyabrında Gəncənin ermənilər tərəfindən 7 metrlik raketlərlə vurulmasından sonra yaranan mənzərə düşür. Onda da bu yaşda olan uşaqlar həlak olmuşdu. Qəzəbimiz sonsuz idi, amma nə yazıq ki, "Gəncə mənim əmrimlə vurulub" bəyanatı verən və hərbi cinayətin məsuliyyətini öz üzərinə götürən Arayik Arutyunyanı hələ də müttəhimlər kürsüsündə oturda bilməmişik.
Fəqət belə getməyəcək. Məsum uşaqların qanı öz üzlərində və yerdə qalmayacaq. Əlbət, zalımlar üçün sorğu-sual məqamı yetişəcək.
Tarix: 5-03-2022, 19:28
Xəbəri paylaş





Xəbər lenti