"Avropanın mərkəzində dəhşətli humanitar böhran yaşanır"


“Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün koridorların yaradılmasıdır. Əlbəttə, bu vacibdir. Ancaq mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
 
E.Şahinoğlu qeyd edib ki, Rusiya ordusu Kremldən aldığı təlimat əsasında Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına işğalı sürətləndirməyə çalışacaq: “Ukraynanın əhalisi 40 milyondan çoxdur, bunun 1 milyonu artıq qaçqına çevrilib. Misal üçün Suriyada müharibə başlayanda 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Yəni Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb. Avropanın mərkəzində dəhşətli humanitar böhran yaşanır”.
Tarix: 6-03-2022, 11:48
Xəbəri paylaş





Xəbər lenti