İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

BMT nümayəndəsi: Bu 2-ci Dünya Müharibəsindən sonra ən sürətlə artan qaçqın böhranıdır

Rusiya qoşunlarının hərbi müdaxiləsi başlayandan bəri Ukraynanı bir milyon yarımdan çox insan tərk edib.
Belə bir məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “Twitter” səhifəsində yayıb:
“Ukraynadan 1,5 milyondan çox qaçqın 10 gün ərzində qonşu ölkələrə keçib ki, bu, İkinci Dünya Müharibəsindən bəri Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır. ” -deyə o bildirib.

Həkimlər xəstəxanın zirzəmisində işləmək məcburiyyətindədirlər

Ukraynalı həkimlər uşaqları xəstəxananın zirzəmisində xilas edirlər. Məlumata görə, balaca xəstələr arasında döyüş zamanı yaralananlar da var.

Zelenski deyir Rusiya mülki əhalinin bombalanmasını əvvəlcədən planlaşdırıb

Volodimir Zelenski, Kiyev, 5 mart 2022
Volodimir Zelenski, Kiyev, 5 mart 2022
Martın 6-da etdiyi videomüraciətində Zelenski Ukraynada şəhərlərin və mülki əhalinin bombalanmasının Rusiya tərəfindən əvvəlcədən planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, bunu əsir düşən əsgərlərdəki sənədlər, planlar və xəritələr sübut edir. Zelenski rusiyalılara müraciət edib:
“İndi sussanız, sizin adınıza sonra ancaq yoxsulluğunuz danışacaq. Buna ancaq repressiya cavab verəcək. Susmayın”.
Ukrayna prezidenti rus qoşunlarının Odessanı bombalamağa hazırlaşdığını da bildirib. “Bu, hərbi və tarixi cinayət olacaq”, – Zelenski bildirib.
Azadlıq radiosu
Tarix: 6-03-2022, 20:37
Xəbəri paylaş





Xəbər lenti